Yan 30, 2023 18:15 Asia/Baku
  • Alman iddiaçılar sionistlərin cinayətlərinə diqqət yetirsinlər

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Almaniya kanslerinin İran İslam Respublikası barədəki müdaxilə mahiyyətli mövqeyinin təkrarlanmasına cavab verib.

İranlı rəsmi deyib ki, alman iddiaçılar sionistlərin İordan çayının qərb sahilindəki cinayətlərinə diqqət yetirsəydilər yaxşı olardı.

Alman iddiaçıları sionistlərin bir neçə gün bundan qabaq Cenində törətdikləri vəhşicəsinə cinayətə diqqət yetirməyə çağıran Nasir Kənani bildiribdir ki, alman rəsmilər sionist rejimin vəhşiliklərinin qınanılması istiqamətində bir kəlmə söyləməyi belə, əsirgəyiblər.

Kənani söyləyib: Almaniya kansleri qərəzli və naşıcasına bir simulasiyada tarixin yanlış səmtində durmaqda davam etdiyini bir daha göstərdi.

İran xarici siyasət aparatının mətbuat katibi əlavə edib: Tarixi bir bənzərlikdən söz açan məsələ, Almaniyada modern mənsəbpərəstlik və ekstremizmin qabarmasıdır.

Argentinada səfərdə olan Almaniya kansleri Olaf Şolts sionist rejimin Cenində Fələstin xalqına qarşı yeni cinayətlərinə işarə etmədən İran İslam Respublikası quruluşuna qarşı müdaxilə mahiyyətli ifadələr işlədib.

 

Teqlər