Fev 02, 2023 14:13 Asia/Baku
  • İran Quttereşə İsfahana terror hücumu ilə bağlı məktub yazıb

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin baş katibinə və elcə də BMT Təhlükəsizlik Şurasın dövriyyədəki sədrinə ünvanladığı məktubda İsfahan şəhərindəki Müdafiə Nazirliyinin sənaye kompleksinə terror hücumu və Ukrayna dairələrinin bu haqda çıxışlarına reaksiya bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Əmir Səid İravani bu məktubda deyib: "İlkin araşdırmaların nəticələrinə görə, İsfahan şəhərindəki Müdafiə Nazirliyinin sənaye kompleksinə terror hücumunun arxasında sionist rejimin dayandığı məlum olub və bu rejimin belə bir addımı, Beynəlxalq qanunların tapdalanması və qınanılandır.

İranın nümayəndəsi bu məktubda, sionist rejim başçısının 27 yanvarda NATO-nun qərargahındakı çıxışına, eləcə də, bu rejim ordu qərargah rəisinin 16 yanvarda verdiyi bəyanatlara diqqət çəkib və İranın həyati əhəmiyyət kəsb edən əsas strukturlarına, o cümlədən İranın dinc məqsədli nüvə obyektlərinə güc tətbiq etmək hədəsinə və Beynəlxalq qanunların və BMT Nizamnaməsinin açıq-aşkar pozulmasına öz etirazını bildirb.

Həmçinin bu məktubda, sionist rejimin baş nazirinin yanvarın 31-də “CNN” telekanalına müsahibəsində öz qurumunun İrandakı təxribat və terror aktlarında iştirakını etiraf edən açıqlamalarına istinad edərək, vurğulanıb ki, bu rejim İrana qarşı törədilmiş bütün cinayət və terror aktlarına görə məsuliyyət daşımalı və istisnasız olaraq onların nəticələri ilə üzləşməlidir.

Məktubda əlavə edilib: “

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Nizamnamə əsasında üzərinə düşən məsuliyyəti yerinə yetirməli və sionist rejim başçılarının müharibəyə çağıran bəyanatlarını pisləməli və bu rejimdən beynəlxalq qanunlara əməl etməyi, regionda təhlükəli proqramlarına və təxribatlarına son qoymasını tələb etməlidir.

Məktubda həmçinin qeyd olunub ki, İran İslam Respublikası beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında öz milli təhlükəsizliyini müdafiə etmək və sionist varlığın istənilən təhdid və ya yanlış hərəkətinə lazım bildiyi yerdə və vaxtda qətiyyətlə cavab vermək kimi qanuni və prinsipial hüququnu özündə saxlayır.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Ukraynadakı hazırkı münaqişə ilə bağlı İran İslam Respublikasının prinsipial mövqeyini, fəal neytrallığa sadiqliyini və Ukraynanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünə hörmətini izah edib və Ukraynanın yüksək səviyyəli rəsmisinin İsfahan şəhərində İran Müdafiə Nazirliyinin sənaye kompleksinə terror hücumu ilə bağlı təxribat xarakterli və əsassız bəyanatına və İranın həyati əhəmiyyətli infrastrukturuna qarşı güc tətbiqini alqışlamasına etirazını bildirib.

O, bu bəyanatları və hərəkətləri məsuliyyətsiz və beynəlxalq qanunların və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində əks olunmuş prinsiplərin açıq şəkildə pozulması hesab edərək, BMT Təhlükəsizlik Şurasını onları pisləməyə çağırıb.

 

Teqlər