Əmir-Abdullahiyan Venesuela prezidentilə görüşüb
Fev 04, 2023 12:22 Asia/Baku
Karakasda səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri cümə gününün səhər saatlarında Venesuela prezidenti ilə görüşüb.
Hüseyn Əmir-Abdullahiyan və Nikolas Maduro bu görüşdə beynəlxalq məsələlər, həmçinin ikitərəfli əlaqə və əməkdaşlıqların genişləndirilməsi haqda məşvərət ediblər.
Cümə axşamı günü axşamçağı bir siyasi nümayəndə heyətilə Venesuelanın paytaxtı Karakasa daxil olan İran xarici işlər naziri bu ölkənin nəqliyyat naziri və xarici işlər nazirinin müavini tərəfindən qarşılanıb.
Əmir-Abdullahiyan cümə günü Venesuelanın vitse-prezidenti Rodriges, xarici işlər naziri İvan Xil və neft naziri Tariq Əl-Əyssami ilə görüşüb.
ƏMİR-ABDULLAHİYAN VENESUELA RƏSMİLƏRİLƏ GÖRÜŞÜB