Fev 07, 2023 09:05 Asia/Baku
  • İranın XİN rəhbəri türkiyəli həmkarına başsağlığı verib

Əmir-Abdullahiyan: Bu çətin vəziyyətdə türk millətinin və hökumətinin yanındayıq

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna zəng edib.

Telefon danışığı zamanı İranın XİN rəhbəri Türkiyənin cənubunda baş vermiş faciəvi zəlzələ xəbərinin onları dərindən təsirləndirdiyini bildirib.

İranlı nazir deyib: “Türkiyə hökuməti və əziz xalqı başda olmaqla həlak olanların ailələrinə başsağlığı veririk. Bu çətin vəziyyətdə türk millətinin və hökumətinin yanındayıq”.

Onun sözlərinə görə, İran Qızıl Aypara Cəmiyyətinin tibbi və yardım qrupu yaralıların xilas edilməsi üçün Türkiyəyə yollanıb.

Qeyd edək ki, İran Türkiyəyə 6 xilasetmə qrupu və tibbi heyət göndəribdir.

 

 

Teqlər