İran-Çin strateji istirak sənədi əlaqələrin inkişafındakı iradənin təzahürüdür
Fev 14, 2023 20:36 Asia/Baku
İran İslam Respublikası prezidenti Çin baş naziri Li Ketsyanla görüşdə iki ölkə arasındakı əhatəli iştirak sənədini iki ölkənin/ əlaqələrin inkişafı üzrə iradəsinin təzahürü adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, İki ölkənin beynəlxalq mövqelərində müştərək istiqamət kimi multilateralizm yanaşmasını mühüm adlandıran Seyid İbrahim Rəisi İran və Çinin beynəlxalq və regional təşkilatlardakı əməkdaşlıqlarının gücləndirilməsinin önəminə təkid edib.
Çin baş naziri də öz növbəsində iki ölkənin dünyada multilateralizm yanaşmadakı fikir birliyi və əlaqəsinin tarixi keçmişinə işarə edib. Bildirib ki, müxtəlif mövzularda əlaqələrin genişləndirilməsi istiqamətində iki ölkə arasında konstruktiv müzakirələr cərəyan edir.