Mart 04, 2023 13:56 Asia/Baku
  • İranın XİN rəhbəri Qərbi ikiüzlülükdə ittiham etdi

Əmir-Abdullahiyan: İran xalqı gözüyaşlı timsahı yaxşı tanıyır

 SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının xarici işlər naziri ölkədəki məktəblərdə qız şagirdlərin zəhərlənməsi şübhəsi ilə bağlı Qərbin müdaxiləsinə reaksiya verib.

Hüseyn Əmir-Abdullahiyan Qərb rəsmilərinin müdaxiləsinə münasibət bildirərək, Tvitter səhifəsində yazıb: “Ölkənin müvafiq qurumları bu hadisəni ciddi şəkildə izləyir, ölçülərini araşdırır. Böyük İran xalqı timsah göz yaşlarını çox yaxşı bilir! Düşmən birləşmiş müharibəsi ilə camaat arasında ümidsizlik yaratmağa çalışıb, son zamanlar isə media müharibəsi ilə xaos yaratmaq üçün tələbələr və valideynlər arasında stress və narahatlıq yaratmağa çalışır”.

 

Teqlər