ABŞ xarici işlər nazirinin Ər-Riyadla Tehran anlaşmasına reaksiyası
İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında razılaşmadan bir neçə gün sonra, nəhayət ki, Amerika Birləşmiş Ştatlarının dövlət katibi “Antoni Blinken” bu razılaşmaya münasibət bildirdi.
Blinken Efiopiyaya səfəri zamanı Əddis-Əbəbə Universitetində keçirdiyi mətbuat konfransında Tehran və Ər-Riyad arasında əlaqələrin bərpası ilə bağlı nikbinliklə qarşılandığını bildirib.
Bunun elə də narahatıq doğurmadığını deyən ABŞ xarici işlər naziri yenə də İranın öz öhdəliklərini yerinə yetirəcəyinə şübhə ilə yanaşdığını bildirərək deyib ki : “Əgər bu razılaşma həqiqətən reallaşarsa və xüsusən də İran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərsə, bu daha bir müsbət addım olacaqdır”.
O, sonra sözünün davamında: "Bizim nəzərimizcə gərginliyin azaldılmasına, münaqişənin qarşısının alınmasına və İranın hər hansı sabitliyi pozan hərəkətlərinin qarşısının alınmasına kömək edə biləcək hər şeyin daha yaxşı olacağını" deyib.
ABŞ dövlət katibi həmçinin Tehran və Ər-Riyad arasında əlaqələrin bərpasında Çinin roluna işarə edərək deyib ki: Düşünürəm ki, ölkələrin öz daxili imkanları şərçivəsində addım atmaları və təhlükəsizliyin təmini, eləcə də sülhün bərqərarı üçün qarşılıqlı əlaqələrin daha da yaxşılaşmasına məsuliyyətlə yanaşmaları arzu edilən olacaqdır.
Bundan ömcə isə, elə bu həftənin çərşənbə axşamı Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi “Con Korbi” Tehran və Ər-Riyad arasında razılaşma ilə bağlı çıxışında demişdi ki: “Biz ümid edirik ki, Tehran və Ər-Riyad arasında razılaşma Yəmənin Səudiyyə Ərəbistanı torpaqlarına qarşı hücumları dayandırmasına və beləliklə müharibənin sonlanmasına səbəb olacaq.”