İraqın baş naziri ilə görüşdə
Şəmxani: Böhran yaradan amillərin kökünü kəsmək lazımdır
Yüksək səviyyəli iraqlı rəsmilərlə görüşmək və birgə təhlükəsizlik müqaviləsi imzalamaq üçün Bağdadda səfərdə olan İslam İnqilabının Böyük Rəhbərinin nümayəndəsi və İran İslam Respublikası ali milli təhlükəsizlik şurasının katibi dünən İraqın baş naziri Məhəmməd Şia Əssudani ilə görüşüb. Görüşdə ikitərəfli məsələlər, həmçinin ən mühüm regional və beynəlxalq hadisələr barədə söhbət edilib.
SəhərAzəri-nin məlumatına əsasən, müttəfiq, vahid və güclü İraqı regionda sabitlik ağırlığı adlandıran Əli Şəmxani vurğulayıb: Şübhəsiz, İraq siyasi və təhlükəsizlik problemlərindən keçməklə özünün İslam və ərəb dünyasındakı təsiredici rolu və fəaliyyətini yenidən əldə edəcək və regional və beynəlxalq hadisələrdə mühüm oyunçu kimi öz tarixi yerinə geri dönəcəkdir.
Şəmxani İran-İraq sərhədi bölgələrində hər hansı gərginlik və böhranı insanların asayişi və təhlükəsizlyini pozan, həmçinin sərhəd şəhərlərinin inkişafında maneə törədən amil adlandırıb. Bildirib ki, hər hansı daxili və xarici gərginlik və böhran yaradan amillə qətiyyətlə rəftar edilməli və onların kökləri kəsilməlidir.
Vitse-admiral Şəmxani Şələmçə-Bəsrə dəmiryolu layihəsi də daxil,/ birgə iqtisadi layihələrin fəallaşdırılması xüsusiyyət təşkil etməklə iki ölkə arasındakı müqavilələrin dərhal təqib və icra olunması zərurətinə təkid edib. Qeyd edib ki, İran və İraq xalqları arasındakı dərin mədəni-dini bağlar, iqtisadi-ticari əməkdaşlıqların genişləndirilməsilə daha da güclənəcək.
Şəmxani Tehran və Ərriyadın ikitərəfli əlaqələri bərpa etmək sahəsindəki razılaşmasına da işarə və İran İslam Respublikası ilə Ərəbistan arasında beş mərhələdə danışıqların keçirilməsinə ev sahibliyi etmək sahəsindəki sədaqətli səylərinə görə, İraq hökumətinə təşəkkür edib.
İraqın baş naziri Məhəmməd Şia Əssudani də vitse-admiral Şəmxaninin İraqa olan səfərini razılıq və rəğbətlə qarşılayıb.
İran ilə Ərəbistan arasındakı son razılaşmanı təbrik edən Əssudani İran və İraqın hərtərəfli əməkdaşlıqlarının genişləndirilməsinə təkid edib.
Əssudani əlavə edib: İraqın hökuməti və xalqı daima öz iranlı qardaşlarının, xüsusən çətin günlərdəki himayə və yardımlarına görə təşəkkür edib və edəcəklər.
Şəhidlər general-pasdar Qasım Süleymani və Əbu-Mehdi Əl-Mühəndisin xatirələrini yad edən İraq baş naziri bu iki möhtərəm şəhidi İran və İraq xalqlarının bir-birinin yanında olmalarının digər bir nümunəsi adlandırıb.
Əssudani İraqın yeni hökumətinin müxtəlif sahələrdə, xüsusən iqtisadi sahədə əlaqələrin genişləndirilməsi və iki ölkə arasındakı müqavilələrin icrası üzrə əzmkarlığına işarə edib.
Tehranla Bağdad arasında mühüm təhlükəsilzik müqaviləsinin imzalanması göstərir ki, İran və İraq rəsmilərinin nöqteyi-nəzərincə, iki ölkənin təhlükəsizliyi bir-birindən ayrılmazdır- deyə, İraq baş naziri bildirib.
Əssudani qeyd edib ki, İraq hökuməti bu ölkənin əsas qanununa və qarşılıqlı öhdəliklərə əsasən, heç bir tərəfə İranın təhlükəsizliyini pozmaq üçün İraq ərazisindən istifadə etmək icazəsi verməyəcəkdir.