Mart 22, 2023 14:15 Asia/Baku
  • Amerikalılar başlarını itiriblər

İslam İnqilabının Böyük Rəhbəri dünən yeni günəş ilinin ilk günündə pak Rəzəvi hərəminin yaxından və uzaqdan gəlmiş zəvvarlarının toplantısında regiondakı amerikanların çaş-baş qalmalarına işarə ilə, vurğulayıblar ki, amerikalılar başlarını itiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahuluzma Xamenei bildiriblər ki, İran İslam Respublikası quruluşunun regiondakı yolu və siyasəti aydındır və nə etdiyimizi bilirik.

O həzrət əlavə ediblər: Amma amerikalılar başlarını itiriblər, zira əgər regionda qalsalar, Əfqanıstanda olduğu kimi, xalqların günü-gündən artan nifrətlərilə üzləşib, regiondan getməyə məcbur olacaqlar. Əgər getsələr də, öz tamah və maraqlarını itirəcəklər ki, bu çaş-başlıq onların aşkar zəifliyinin nişanəsidir.

İnqilab Rəhbəri çevriliş, sanksiya, siyasi təzyiqlər, misli görünməmiş media hücumları, təhlükəsizlik fitnələri və tayı görünməmiş iqtisadi sanksiyaları düşmənlərin İran əleyhinə ardıcıl fitnələrinin miqyasları adlandırıb və vurğulayıblar: Bu düşmənçiliklərin son dövründə Amerika və bəzi Avropa ölkələrinin dövlət başçıları, ötən il olduqca “cüzi miqdarda kəs”in törətdiyi iğtişaşları açıq şəkildə himayə etdilər və müxtəlif silah, siyasi, maliyyə, təhlükəsizlik və media dəstəklərilə İran İslam Respublikasını heç olmasa, zəiflətməyə çalışdılar, amma meydanda düz/ bu hədəfin əksi baş verdi/ və İran İslam Respublikası bu beynəlxalq fitnəyə qalib gəldi və göstərdi ki, güclü və sarsılmazdır.

İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikasının müxtəlif sahə və meydanlarda, o sıradan neftayırma zavodları, müalicə və səhiyyə mərkəzləri, infrastrukturlar, müdafiə, nüvə və hava-kosmos sahələrindəki irəliləyişləri, eləcə də nano və bioloji texnologiyalar kimi meydanlarda dünyanın qabaqcıl ölkələri sırasında qərarlaşması, habelə elm və texnologiyadakı tərəqqisini xüsusi vurğu ilə qeyd ediblər.

O həzrət söyləyiblər: Xarici əlaqələr sahəsində də düşmənlərin İranı təcrid etmək üzrə səyləri uğursuz qaldı. İran İslam Respublikası Asiya ilə əlaqələrini yüz faiz möhkəmlədib və bundan sonra da bu regiondakı mühüm ölkələrlə texniki, elmi, iqtisadi və siyasi əlaqələrini genişləndirməyi davam etdirəcək.

İnqilab Rəhbəri əlavə ediblər: Bəzi mühüm regional müahidələrdə üzvlük, həmçinin Afrika və Latın Amerikası ilə əlaqələrin gücləndirilməsi, İranın xarici əlaqələr sahəsindəki digər irəliləyişlərindəndir. Eyni zamanda, avropalılardan da küsməmişik və əgər onlar Amerikanın arxasınca getməkdən əl çəkərlərsə, onlarla işləməyə hazırıq.

 

Teqlər