Mart 22, 2023 17:17 Asia/Baku
  • Ərəbistan-İran əlaqələrində dəyişiklik regionun xeyrinədir

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Ərəbistan-İran əlaqələrindəki dəyişikliyi müsbət və regionun xeyrinə dəyərləndirib.

SəhərAzəri-nin məlumatına əsasən, Pekin şəhərində keçirilən İran-Ərəbistan müzakirələri gedişində iki ölkə martın onunda yeddi ildən sonra öz diplomatik əlaqələrini bərpa etmək barədə razılığa gəldi.

İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıqlar naziri Şeyx Abdullah bin Zaid Ali-Nəhyanın  dünən gecə yaratdıqları telefon əlaqəsində ikitərəfli münasibətlərdəki son dəyişikliklər, habelə regional və beynəlxalq sahələrdə, barələrində birgə şəkildə ciddi-cəhd göstərilən bəzi məsələlər ətrafında məşvərət və fikir mübadiləsi aparılıb.

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri, İran xarici işlər nazirini öz ölkəsinə səfərə dəvət edib.

Əmir-Abdullahiyan da Tehranla Ərriyad arasındakı son razılaşmanı region ölkələri arasında əməkdaşlıq və inteqrasiyanın gücləndirilməsi istiqamətində dəyərləndirib.

İran xarici işlər naziri həmçinin Suriya ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələrin gücləndirilməsindən məmnunluq ifadə edib.

 

Teqlər