Apr 07, 2023 20:51 Asia/Baku
  • İran sionist rejimin Azərbaycan Respublikası ərazisindən etdiyi fitnələrə laqeyd qala bilməz

Təbrizin imamcüməsi bu gün bu şəhərin cümə namazı xütbələrində deyib ki, İran İslam Respublikası sionist rejimin Azərbaycan Respublikası ərazisindən etdiyi fitnələrə laqeyd qala bilməz.

SəhərAzəri-nin məlumatına əsasən, Höccətülislam vəlmüslimin Seyid Məhəmməd Əli Ali-Haşim Təbrizin siyasi-ibadi cümə namazı xütbələrində söyləyib: Cinayətkar sionist rejimin müsəlman ölkələrə yaxınlaşmaqda, öz ekspansianist tamahlarını reallaşdırmaq üçün onların arasında ixtilaf və çoxtirəlik salmaqdan başqa, bir məqsədi yoxdur.

Azərbaycan Respublikasındakı müsəlman bacı və qardaşlara xitab edən Təbrizin imamcüməsi deyib: Mən tövsiyə edirəm ki, sionist düşmənin gerçək niyyəti ilə bağlı, sayıq olasız, zira İran İslam Respublikası daima bədxahların iki qonşu və müsəlman ölkə arasında məsafə yaratmaq üzrə cəhdlərini yarımçıq qoymağa çalışıb. Bu cəhətdən, Azərbaycan Respublikası hökumətinin, düşmənlərin iki müsəlman ölkənin əlaqələri üçün qurduqları tələdən uzaqlaşması gözlənilir.

Təbrizin imamcüməsi qeyd edib ki, İran İslam Respublikası sionist rejimin Azərbaycan Respublikası ərazisindən sui-istifadə etməklə törətdiyi fitnəkarlıqlara laqeyd yanaşa bilməz.

O, xatırladıb: Son zamanlar Azərbaycan Respublikasının xarici işlər naziri işğal olunmuş Fələstinə səfər etmişdi. Bu səfərdə məqsəd, Azərbaycan Respublikasının qəsb edilmiş Fələstin ərazilərində səfirlik açması olub. Keçirdikləri görüşlər üzrə müşahidələrə əsasən, İsrail rejiminin xarici işlər naziri bir müsahibədə deyib: İranın region və hər hansı digər bir ölkə üçün təhdidi barədə müzakirə apardıq./ Bu, onu göstərir ki, onlar birlikdə olmaq və İrana qarşı müştərək cəbhə yaratmaq istəyirlər.

Vəliyyi Fəqihin Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi deyib: Biz gözləyirdik ki, Azərbaycan Respublikasının xarici işlər naziri bu müsahibəni təkzib edəcək. Amma o, nəinki bu işi görmədi, əksinə İranın  Azərbaycan Respublikasındakı səfirliyinin işçilərindən dörd nəfəri bu ölkə ərazisindən çıxarmaqla hədələdi və həmin ölkə ərazisindən çıxmaları üçün onlara 48 saat vaxt verdi.

Azərbaycan Respublikası orada işləyən bəzi müəllimlərimizi də çağırtdırıbdır- deyənTəbrizin imamcüməsi vurğulayıb: Azərbaycan Respublikası bilməlidir ki, İsrail rejimi onu istəməkdən deyil, İran İslam Respublikasına qarşı çıxdığına görə, Bakı hökumətinə yaxınlaşıbdır

 

Teqlər