İran ordusunun quru qoşunlarının yeni silahlar təhvil verilib
Milli Ordu Günü münasibəti ilə İran Ordusunun Quru Qoşunları tərəfindən əsaslı təmir edilmiş, yenilənmiş və istehsal edilmiş çoxlu sayda yeni texnika və silahlar nümayiş etdirilərək, qüvvənin bölmələrinə birləşdirilib.
İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı, briqada generalı Kiyumərs Heydəri İranda "Ordu günü" ərəfəsində bu qüvvələrin yeni nailiyyətlərinin nümayiş etdirilməsi və 1084 növ yeni texnika və silahın ordunun bölmələrinə təhvil verilməsi mərasimində deyib: "Döyüş sahəsi, təhlükəsizliyin təmin edilməsi və gündəlik təhdidlərlə mübarizə geniş, mürəkkəb və axıcı bir prosesdir".
Briqada generalı Heydəri əlavə edib: "İran İslam Respublikası Ordusunun Quru Qoşunları bütün silahlarını ağıllı, uzaq mənzilli, dəqiq və şəbəkə yönümlü olmaq kimi 4 prinsip əsasında yaradıb və bu sərgidə quru qoşunlarının daxili imkanlar hesabina əldə olunmuş nailiyyətlərinin bir hissəsi nümayiş olunub".
İran İslam Respublikası Quru Qoşunlarının komandanı bu qüvvənin helikopterlərin əməliyyat qabiliyyətinin təkmilləşdirilməsi sahəsində əldə etdiyi irəliləyişlərə toxunaraq deyib: "Helikopter sahəsində 20 km uçuş məsafəsinə və dəqiq zərbə endirmək qabiliyyətinə malik olan Şəfəq raketi istehsal və istifadə olunub və helikopterlər lentə almaq, bombalamaq və raketləri yayındırmaq qabiliyyətinə malik olublar və gecəgörmə sistemlərinin quraşdırılması ilə gecə döyüş əməliyyatlarını həyata keçirmək imkanı əldə ediblər".
Milli Ordu Günü ərəfəsində və İran İslam Respublikası Ordusunun döyüş qabiliyyətinin gücləndirilməsi çərçivəsində bu gün çərşənbə axşamı Ordunun quru qoşunları tərəfindən reabilitasiya olunaraq istehsal olunan 1084 növ yeni texnika və silah nümayiş etdirilib və Ordunun Baş Komandanı, general-mayor Əbdür Rəhim Musəvinin iştirakı bu qüvvənin bölmələrinə təhvil verilib.