Apr 20, 2023 16:28 Asia/Baku
  • Sionist rejimin təcavüzkarlıqlarının pislənilməsi, kifayət etməz!

Sionist rejimin Məscidüləqsaya və müdafiəsiz oruc fələstinlilərə qarşı hücumla bağlı son cinayət hərəkətlərinə toxunan İran prezidenti bu təcavüz aktlarını pisləməyi və onlara qarşı nifrət ifadə etməyi, yetərli hesab etməyibdir.

Seyid İbrahim Rəisi çərşənbə günü Tehranda islami ölkələrin səfirləri və səfirlik işçiləri ilə iftar ziyafətində, öncə, qarşıdan gələn səadətli Fitr bayramı münasibətilə onları təbrik edib.

İran prezidenti sonra bildiribdir ki, bu gün müsəlman xalqlar, sionist rejimin cinayətkarlıqları ilə mübarizə və məzlum Fələstin xalqına dəstək istiqamətində real addımların atılmasını gözləyirlər.

Rəisi, İran İslam Respublikasının Fələstin məsələsi qarşısındakı həll yolunu, məhz İslam İnqilabının Böyük Rəhbərinin «Fələstin xalqının səsinə əsaslanmaqla fələstinlilərin nəzərdə tutduqları hökumətin təşkili və taleyin təyin edilməsi»nə dair təşəbbüs və təklifi adlandırıb.

 

Teqlər