Apr 22, 2023 20:38 Asia/Baku
  • Fitr bayramı namazı zəvvarların iştirakı ilə Məşhəddə İmam Rzanın (ə) hərəmində qılınıb.

İslam İnqilabının Müəzzəm Rəhbərinin mərkəzi bürosunun verdiyi elanına əsasən, bu gün Şəvval ayının ilk şənbəsi və Fitr bayramıdır.

xatırladaq ki, İraq, Oman və Pakistan, İndoneziya, Malayziya, Mərakeş və Bruney də daxil olmaqla bir sıra digər İslam ölkələrində bu gün Ramazan bayramı elan edilib.

eləcə də, bu gün Tehranda böyük izdihamla və İslam İnqilabının Müəzzəm Rəhbəri Həzrət Ayətullah Uzma Xameneinin imamlığı ilə İmam Xomeyni (r.ə) məscidində Ramazan bayramı namazı qılınıb. Həmçinin müqəddəs Məşhəd və Qum şəhərlərində də möhtəşəm Fitr bayramı namazı qılınıb.

Məlumata görə, Məşhəd əhalisi və iranlı və əcnəbi zəvvarlar, o cümlədən əfqan zəvvarlar, Vəliyyi Fəqihin Xorasan-Rəzəvi əyaləti (Şimali-şərq) üzrə nümayəndəsi Ayətullah Ələmul Hudanın imamlığı ilə İmam Rzanın (ə) hərəmində Ramazan bayramı namazında iştirak ediblər. 

Bayram namazı qılınan müqəddəs Qum şəhərində Höccətül-İslam vəl-Müslimin Seyid Məhəmməd Səidinin imamlığı ilə Həzrət Məsumənin (ə) hərəmində zəvvarlar və xarici tələbələr də qatılıblar.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Suriya, BƏƏ və Türkiyə, Misir, Küveyt, Yəmən, Fələstin, Livan və İordaniya dünən cümə gününün Şəvval ayının biri və Fitr bayramı olduğunu elan ediblər.

Teqlər