Apr 25, 2023 20:34 Asia/Baku
  • İİR-sı Avropa Birliyi və İngiltərənin bəzi hüquqi şəxsləri və qurumlarına qarşı sanksiyalar tətbiq edildi

İran Xarici İşlər Nazirliyi İslam Respublikasına qarşı son sanksiyalara cavab olaraq, Avropa Birliyi və Böyük Britaniyanın bəzi hüquqi şəxsləri və qurumlarına qarşı sanksiyalar tətbiq etdi.

SəhərAzəri-nin məlumatına görə, Məlumata görə, İran Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Avropa İttifaqı və Böyük Britaniyanın bəzi şəxsləri və qurumlarına qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb. İran Xarici İşlər Nazirliyi müvafiq qurumların qərar qəbuluna əsasən uyğun qaydalar və sanksiyalar mexanizmləri çərçivəsində cavab tədbiri olaraq Avropa İttifaqı və Böyük Britaniyadakı şəxslər və qurumlara terrorizmə və terror qruplarına dəstək vermək, təhrik etmək və İran xalqına qarşı terror aktları və zorakılığı təşviq etmək, İran İslam Respublikasının daxili işlərinə qarışmaq, İranda zorakılıq və iğtişaşları təbliğ etmək, İran haqqında yalanlar dərc etmək və yalan məlumat yaymaq, eləcə də iqtisadi terror hesab edilən İran xalqına qarşı ədalətsiz sanksiyaların gücləndirilməsində iştirak etmək səbəbilə sansiya qoydu.

Bu bəyanatda həmçinin, İran İslam Respublikasının bütün qurumları, müvafiq orqanların razılığına əsasən vizaların verilməsinin qadağan edilməsi və İran İslam Respublikasının ərazisinə daxil olmağın mümkünsüzlüyü, maliyyə və bank sistemində bank hesablarının bloklanması və ölkə ərazisində olan əmlak və aktivlərin müsadirə edilməsi üçün lazımi tədbirlərin icra edilməsi haqda göstəriş verilib. Beləki, bütün bunlar İran İslam Respublikasının yurisdiksiyasında olacaq və bu sanksiyaları həyata keçirmək üçün icraya qoyulacaqdır.

 

Teqlər