Apr 29, 2023 18:14 Asia/Baku
  • Aliməqamlı Rəhbər: Fəhlə cəmiyyəti düşmənlərin sui-istifadə etməsinə imkan vermədi

İslam İnqilabının Aliməqamlı Rəhbəri bu gün ölkənin hər yerindən bir qrup işçi ilə görüşdə deyib: "Fəhlə cəmiyyəti düşmənlərin və bədxahların vəziyyətdən sui-istifadə etməsinə imkan vermədi".

SəhərAzəri-nin məlumatına görə, İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei Milli Əmək və Fəhlə Həftəsi münasibəti ilə ölkənin hər yerindən gələn mindən çox işçi, əmək təşkilatlarının üzvləri və İranın Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyinin rəsmiləri ilə görüşündə buyurub: "Bütün etirazlarda fəhlə cəmiyyəti düşmənlərlə sərhəd qoyaraq, sistemlə yoldaşlıq və dostluğa təkid edib, düşmənlərin bu etirazlardan sui-istifadə etməsinə imkan verməyib".

O Həzrətin sözlərinə görə, ölkə daxilində fitnə-fəsadla mübarizə cəsarətinə malik olmamaq həm də ölkə xaricində düşmənin zülmü ilə mübarizə cəsarətini əlimizdən alacaq.

"Məsələn əgər bir məmur biznes və ya bank kreditlərindən sui-istifadə edənlərlə qarşılaşmağa cəsarəti çatmazsa və əsas bank borclularına qarşı durmazsa, ABŞ kimi zorba bir hökumətin tələblərinə qarşı mübarizə aparmağa cəsarəti çatmayacaq", - deyə Həzrət Ayətullahül-üzma Xameneyi qeyd ediblər.

İslam İnqilabının Aliməqamlı Rəhbəri istehsalı ölkə iqtisadiyyatının onurğa sütunu, işçiləri isə istehsalın dayağı hesab edərək, buyurub: "Bu ilin şüarının yəni istehsalın artırılmasının mühüm hissəsi işçilərlə bağlıdır. İstehsalı artırmaq və vəziyyəti yaxşılaşdırmaq üçün işçilərin həyatını yaxşılaşdırmağa mühüm prinsip kimi baxılmalıdır".

Həzrət Ayətullahül-üzma Xamenei fəhlə cəmiyyətinin 14 min şəhidini fəhlələrin əlində olan 14 min şərəf bayrağı kimi xarakterizə ediblər və fəhlələrin inqilaba və quruluşa sədaqətinə işarə edərək, əlavə ediblər: "Fəhlə cəmiyyətinin sədaqətinin ən mühüm əlaməti onların son bir neçə onillikdə ağıllı davranış tərzidir, məsələn onlar inqilabın əvvəlində müəyyən qrupların emalatxanaları bağlamaqla quruluşu iflic etmək cəhdlərini puça çıxardılar, eləcə də xarici bədxahların fəhlə cəmiyyətini quruluşa qarşı qoymaq məqsədi daşıyan geniş təbliğatına müdrikcəsinə müqavimət göstərdilər”. 

İslam İnqilabının Aliməqamlı Rəhbəri işçilərin ayıq-sayıqlığını və kənar şəxslərin təxribatlarından təsirlənməməsini "fəhlə cəmiyyətinin böyük cihadı" adlandırıb və vurğulayıblar: "Onlar indiyə qədər fəhlə cəmiyyətini quruluşa qarşı qoya bilməyiblər, bundan sonra da Allahın qüdrəti ilə bacarmayacaqlar".  

Həzrət Ayətullahül-üzma Xamenei iş mühitində bəzi etirazları haqlı hesab ediblər və buyurublar: "Hüquqların gecikdirilməsinə etiraz və yanlış təyinata etiraz, əslində quruluşa və hökumətə kömək etmək və sistemi məlumatlandırmaq üçündür. Belə hallarda məsul qurumlar harda məsələyə baxsalar, işçilərin haqlı olduqlarını görürlər. İşçilər düşmənlərlə sərhədlərini müəyyən edərək, onların bu etirazlardan sui-istifadə etməsinə imkan vermədilər". 

 

 

Teqlər