Rəisi: İran və İraq ikitərəfli əlaqələri genişləndirməkdə qərarlıdır
İran İslam Respublikası prezidenti deyib: "İran və İraq rəsmilərinin iradəsi əlaqələri inkişaf etdirməkdir".
SəhərAzəri-nin məlumatına görə, "İRNA"nın məlumatına görə, Seyid İbrahim Rəisi şənbə günü İraq prezidenti Əbdül Lətif Rəşid ilə təkbətək danışıqlardan sonra birgə mətbuat konfransında deyib: "Bizim İraqla müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə əlaqələrimiz yaxşıdır və İran və İraq arasındakı münasibətlər digər ölkələr arasındakı adi münasibətlər kimi deyil, bu münasibətlərin strateji aspekti var".
Rəisi əlavə edib: "Tehran və Bağdad infrastruktur, su, elektrik, qaz və enerji sektorlarında əməkdaşlıq edir və mövcud imkanlar hesabına, iki ölkə arasında ticarət və iqtisadi mübadilələrin səviyyəsi 10 milyard dolları ötə bilər".
İraq prezidenti Əbdül Lətif Rəşid də öz növbəsində İran prezidentinə Tehrana səfər etmək üçün dəvətinə görə təşəkkür edib və əlavə edib: "Bu səfərin məqsədi iki dost və qonşu ölkə olan İran və İraq arasında güclü tarixi əlaqələri və bu əlaqələrin genişləndirilməsini zəruriliyini vurğulamaqdır".