İranın şimalında terrorçu münafiqlər qrupu ilə əlaqəli komandanın rəhbərləri həbs edilib
https://azeri.sahartv.ir/news/İran-i399545-İranın_şimalında_terrorçu_münafiqlər_qrupu_ilə_əlaqəli_komandanın_rəhbərləri_həbs_edilib
İranın şimalındakı Mazandaran əyalətinin Babolsər şəhərində terrorçu münafiqlər qruplaşması ilə əlaqəsi olan komandanın rəhbərləri həbs edilib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
May 01, 2023 15:07 Asia/Baku
  • İranın şimalında terrorçu münafiqlər qrupu ilə əlaqəli komandanın rəhbərləri həbs edilib

İranın şimalındakı Mazandaran əyalətinin Babolsər şəhərində terrorçu münafiqlər qruplaşması ilə əlaqəsi olan komandanın rəhbərləri həbs edilib.

SəhərAzəri-nin məlumatına əsasən, Babolsər şəhərinin SEPAH komandiri Mustafa Bazvənd bazar ertəsi bu barədə açıqlama verərək, bildirib ki, "Babolsər məhəllərinin gəncləri şəbəkəsi" adlı qrup gəncləri aldatmaq məqsədi ilə şəhərdə fəaliyyət göstərib.

Bazvənd qeyd edib ki, ölkədə iğtişaşlar başlayandan bəri bu şəbəkə düşmən media [ABŞ və Böyük Britaniyada fəaliyyət göstərən bir sıra farsdilli televiziya kanalları] üçün məzmun təmin etməyə və İrandan kənarda sığınacaq verilməsi kimi yalan vədlərlə gəncləri və yeniyetmələri cəlb etməyə çalışıb ki, İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən mürəkkəb əməliyyatların və texniki tədbirlərin həyata keçirilməsi nəticəsində həbs ediliblər.  

Komandirin sözlərinə görə, həbs edilən liderlər xaricdən dəstəklənən qruplarla birbaşa əlaqədə olublar və onlar bir çox anti-təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Sentyabrın sonundan etibarən İranın bəzi müxtəlif bölgələrində iğtişaşlar baş verdi və elə ilk günlərdə bu iğtişaşların yayılmasında bəzi ənənəvi və müasir medianın rolu aşkar oldu.

Bu iğtişaşlarda Amerikanın, sionist rejimin, bəzən də bəzi Avropa dövlətlərinin siyasi liderləri, onların mediası, eləcə də Qərbin dəstəklədiyi fars dilli media sözdə İran millətinin hüquqlarını dəstəkləmək şüarı ilə iğtişaşçıları və xalqın təhlükəsizliyini pozanları dəstəkləmək üçün heç bir daş buraxmadılar.

Qərb ölkələri və onlara bağlı medianın İranda iğtişaş və əmin-amansızlıq yaratmaq səyləri elə bir vəziyyətdə idi ki, milyonlarla iranlı dəfələrlə İslam Respublikası quruluşunu və ölkəsini dəstəkləmək üçün ölkənin küçə və meydanlarına axışıb, iğtişaşlara qəti şəkildə qarşı çıxıblar.