Ancaq elm və təhsilin rolu ilə İranın inkişafı yolunda çətin maneələrdən keçilə bilər
İslam İnqilabının Müəzzəm Rəhbəri İranın hər yerindən gəlmiş çoxlu sayda müəllim və ziyalı ilə görüşdə ölkənin hərtərəfli inkişafının çətin mərhələlərindən təhsilin köməyi və rolu olmadan keçməyi qeyri-mümkün hesab edib.
SəhərAzəri-nin məlumatına əsasən,
Ali Məqamlı Rəhbərin informasiya bürosunun verdiyi xəbərə görə, Həzrət Ayətullahul Uzma Xamenei çərşənbə axşamı keçirilən görüşdə “Əsl və kamil müəllim” nümunəsi kimi şəhid Mütəhərinin xatirəsini ehtiramla yad etməKlə müəllimlərə onun yazdığı əsərlərdən faydalanmağı tövsiyə etmiş, bir çox ekspertlərin və nəzəriyyə sahiblərinin birgə rəyincə təhsil ocaqlarının ölkə problemlərinin həllində əsas meyar olduğunu diqqətə çatdırmışdır.
İslam İnqilabının Müəzzəm Rəhbəri ölkənin zəkalı yeniyetmə və gənclərində “İran-İslam hüviyyəti və milli şəxsiyyət” hissinin dirçəldilməsini əsas vəzifə hesab edərək bildiriblər ki, fars dili, ölkə bayrağı və iranlı olmağın şərəf və qürur hissini aşılamaq olduqca önəmlidir.Təbii ki, buna adi nəsihət və sözlə nail olmaq mümkün deyil, lakin şagirdlərə həqiqi mədəni irsin, elmi və tarixi faktlar və gerçəkliklərin öyrədilməsi ilə həyata keçirilə bilər.
Həzrət Ayətullah Uzma Xamenei dərsliklərin dəyişən zamana uyğun yeniləşdirilməsində İslam maarifinin yerləşdirilməsi, İslam və İran dahilərinin, elmi kəşflərin ixtiraçıları haqda məlumatlartın İran tarixində qeyd edilməsini zəruri öhdəliklər sırasında olduğunu qeyd edərək xatırladıblar ki, bəzilərinin firkincə dövrün dəyişməsi dedikdə əsas üsul və prinsiplərin dəyişilməsi nəzərdə tutulur, lakin əsl həqiqətdə isə, ədalət, insaf, xeyirxahlıq kimi əsaslı prinsiplər heç vaxt dəyişilməzdir, bəlkə, əksinə, yazı və ifadə üsulları kimi qeyri-əsas şeylərin dəyişməsi mümkündür.
İnqilabın Müəzzəm Rəhbəri “təhsilin əsaslı transformasiyası sənədi”ni də xatırladaraq, səlahiyyətli orqanlara beş mühüm tövsiyəsini çatdırıb. İlk öncə " transformasiya sənədi davamlı olaraq tamamlanmalı və yenilənməlidir ” daha sonra, “ transformasiya sənədi daha ciddi şəkildə dəstəklənməli və onun həyata keçirilməsinə köməklik göstərilməlidir” . Üçüncüsü, " etibarlı və qənaətbəxş hesab edilən transformasiya sənədinə alternativ ya ona oxşar sənəd düzəldiləməlidir", dördüncüsü, " transformasiya sənədinin baş idarədən məktəblərə qədər icrasına dair ətraflı atlas hazırlanmalı, eləcə də hökumət və parlament tərəfindən dəstəklənməlidir” və beşincisi, “ hazırlanmış atlasda sənədin icrasının gedişatına daim nəzarət edilməsi məqsədilə təyin edici göstəricilər dəqiqləşdirilməlidir"deyə vurğulanıb.