May 03, 2023 12:20 Asia/Baku
  • Rəisi Dəməşqə getməzdən əvvəl:

İran İslam Respublikasının prezidentideyib: "Bu gün hamıya aydın olub ki, İran İslam Respublikasının mövqeləri rasionallıq, tədbirlilik, ədalət, müqavimət və səbat üzərində qurulub".

İran prezidenti Seyid İbrahim Rəisi bu gün, çərşənbə günü paytaxt Tehrandan Suriyaya yola düşməzdən əvvəl mətbuata verdiyi müsahibədə, bu səfərin İran və Suriya arasındakı strateji əlaqələr çərçivəsində olduğunu deyib və əlavə edib: "Bu gün regionda hər kəsə aydındır ki, İran İslam Respublikası hər kəsin etibar edə biləcəyi güclü bir sütundur və İran regionda baş verən proseslərdə əsas və fəal oyunçudur".

Rəisi səfər zamanı Suriya rəsmiləri ilə iqtisadi, siyasi və təhlükəsizlik əlaqələrinin gücləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı məsləhətləşmələr aparacaqlarını bəyan edərək, vurğulayıb: "İki ölkənin iradəsi əlaqələrin inkişafı üzərindədir və əməkdaşlığın genişləndirilməsi üçün çoxlu sahələr var. Danışıqlarımızda biz iki ölkə arasında razılaşmaların icrasının sürətləndirilməsinə də çalışırıq və əminəm ki, Tehran və Dəməşq münasibətlərinin genişlənməsi iki xalqa və regiona fayda verəcək".

Rəisi söhbətlərinin başqa bir hissəsində deyib: "Bu gün hər kəsə aydın olub ki, Suriya və onun qanuni hökuməti bu ölkənin bütün ərazisi üzərində suverenliyə malik olmalıdır və bu suverenliyin gündən-günə güclənməsi vacibdir". 

"Regionda sabitlik və təhlükəsizliyin yaxşılaşdırılması Suriya hökumətinin ölkənin bütün bölgələrində öz suverenliyini effektiv şəkildə həyata keçirə bilməsindən asılıdır", - deyə İran prezidenti əlavə edib.

O, bu gün İranın Suriya ilə münasibətlərinin normal münasibətlər olmadığına diqqət çəkib və deyib: "İran və Suriya münasibətləri tamamilə strateji əlaqələrdir və Suriyanın parçalanması və Dəməşq ilə region ölkələri arasında münasibətlərin korlanmasının arxasında çoxlu düşmənlər dayanır.

İran İslam Respublikası prezidenti əlavə edib: "İŞİD və digər təkfirçi qruplar kimi Amerikanın qurduğu qruplar qətl, qan tükmə və xaosla Suriya və regionda gərginlik yaradıb, bir çox cinayətlər törətdilər, lakin müqavimət qrupları, müqavimət göstərən Suriya xalqı və şəxsən cənab Bəşşar Əsəd və Suriya hökuməti müqavimət göstərməkdə qərarlıdırlar və hücumlar qarşısında möhkəm olduqlarını sübut etdilər.

O, daha sonra vurğulayıb: "Heç kimə sirr deyil ki, müqavimət qruplarının, Livan Hizbullahının, İran İslam Respublikasının Suriyadakı məsləhətçi qüvvələrinin və şəhid Hacı Qasim Süleymaninin etdikləri bu gün Suriyanın və regionun sahib olduğu təhlükəsizliyin bərqərar olmasında mühüm rol oynayıb".

Teqlər