İran və Suriya 15 əməkdaşlıq sazişi imzalayıb
İran İslam Respublikası ilə Suriya Ərəb Respublikası arasında Hərtərəfli Strateji və Uzunmüddətli Əməkdaşlıq Proqramı və digər 14 əməkdaşlıq sənədi iki ölkənin prezidentləri və yüksək vəzifəli şəxsləri tərəfindən imzalanıb.
SəhərAzəri-nin məlumatına görə, İbrahim Rəisi və Bəşər Əsəd çərşənbə günü günortadan sonra Suriyanın Xalq Sarayında keçirilən mərasimdə İran və Suriya arasında müxtəlif sahələrdə strateji və uzunmüddətli Hərtərəfli Əməkdaşlıq Proqramını imzalayıblar.
Həmçinin İran və Suriyanın yüksək vəzifəli rəsmiləri iki ölkə arasında ticarət əməkdaşlığı, neft və enerji, texniki mühəndislik, mənzil, dəmir yolu və hava nəqliyyatı, azad zonalar və özəl sektor, rabitə və texnologiya, zəlzələ və xilasetmə və ziyarət işlərinin asanlaşdırılması sahələrində 14 əməkdaşlıq sənədi imzalayıblar.
Bu sənədləri İranın xarici işlər, yol və şəhərsalma, iqtisadiyyat, neft və rabitə və informasiya texnologiyaları nazirləri suriyalı həmkarları ilə imzalayıblar.