May 05, 2023 13:14 Asia/Baku
  • Prezident Rəisi:  Suriya xalqı, eləcə də region xalqları İranın dayaq gücü olduğuna inanır

İran prezidenti Seyid İbrahim Rəisi Suriya xalqı və region xalqlarının bu gün İranın arxalana və etibar edə biləcəkləri güclü bir dayaq olduğuna inandığını bildirib.

SəhərAzəri-nin məlumatına görə, Seyid İbrahim Rəisi cümə günü səhər Tehrana gəldikdən sonra jurnalistlərlə müsahibəsində Suriyaya iki günlük qısa və səmərəli rəsmi səfərinin nəticələri və əsas hədəfi haqda daşınarkən: “ Düşmənlərin fitnə və məkirli planları qarşısında Suriya xalqı və dövlətinin 12 illik müqavimətindən sonra və eləcə də İran İslam Respublikasının bu dirənişə dəstəyi baxışından belə bir səfər hər iki ölkə və region üçün çox əhəmiyyətli idi “ deyə çıxışında bildirib.

Qeyd edək ki, Prezident bu səfəri İran və Suriya arasında iqtisadi, ticarət, siyasi və təhlükəsizlik əlaqələrinin genişləndirilməsində dönüş nöqtəsi kimi qiymətləndirməklə : “Bu səfər həm Suriya xalqının və eləcə də dövlətinin Suriyaya yönəlmiş düşmənlərin sərt hücumlarına qarşı müqavimətinə hörmət və ehtiam mesajını daşıyırdı” deyə nəzərə çatdırıb.

Həmçinin cənab Rəisi çıxışında deyib ki, “Bu gün 12 illik müqavimətdən sonra Suriya və region xalqları üçün şəraitin dəyişməsi kifayət qədər münasib və eləcə də daimi təhlükəsizlik və sıx əlaqələrin əhəmiyyətinə baxmayaraq, iqtisadi və ticarət məsələləri və qarşılıqlı əlaqələr Suriya və region ölkələrinin əsas gündəmində qalmalıdır.

Cənab Rəisi çıxışında qeyd edib ki “Enerji hasilatı və paylanması sahəsində əməkdaşlıq məsələsi, müştərək bank və sığorta əlaqələri yaratmaqla iqtisadi və ticarət əməkdaşlığın asanlaşdırılması və iki ölkə arasında ticarət tariflərinin sıfıra endirilməsi, İran, İraq və Suriya arasında tranzitin gücləndirilməsi və genişləndirilməsi, həmçinin Suriya tərəfinin səyləri və İranla qarşılıqlı münasibət iki ölkə arasında müharibədən sonra Suriyanın kənd təsərrüfatı, sənaye və enerji potensialını canlandırmaq və eləcə də müqəddəs məkanların ziyarətlərini asanlaşdırmaq üçün imzalanan 15 əməkdaşlıq sənədinin əsas hədəf nöqtəsi idi”

Cənab Rəisi bu səfərin başqa bir mahiyyətinə də toxunaraq, Suriya xalqı ilə görüşü və onlarla yaxından ünsiyyət qurmasına da münasibət bildirirərək qeyd edib ki, “Suriya xalqı ilə gələrkən və eləcə də Həmidiyyə bazarında keçirdiyimiz gözlənilməz görüşdə onların İran İslam Respublikasındakı yaşayan suriyalılara bəslədikləri məhəbbət və xüsusilə İslam İnqilabının Müəzzəm Rəhbərinə göstərdikləri sədaqətlərini hiss edirdik “

Bu gün müqavimət cəbhəsinin regionda və dünyada formalaşan tarazlığını dəyişdirən güclü və yenilməz hərəkata çevrildiyini vurğulayan prezident bildirib ki: “Bu dəyişikliyin əlamətlərini müşahidə etmək və sözün əsl mənasında onu dərk etmək olar”. 

 

 

Teqlər