May 06, 2023 19:00 Asia/Baku
  • Çəəbin MOSSAD və MKİ üçün rəqqaslığının nəticəsi

İranda bir neçə terror əməliyyatı keçirməklə qadın və uşaqlar da daxil olmaqla bir qrup günahsız şəxsin həyatına son qoymuş terrorçu «Hərəkət ən-Nizal» qaragüruhunun başçısı Həbib Fərəcullah Çəəbin edam hökmü bu gün səhər icra olunub.

SəhərAzəri-nin məlumatına görə, «Həbib Əsyud» ləqəbli Həbib Fərəcullah Çəəb bəzi region ölkələrinin, habelə Amerikanın MKİ, sionist rejimin MOSSAD və İsveçin SAPO casusluq təşkilatları da daxil olmaqla bir neçə xəfiyyə xidmətinin dəstəyi altında 2005-ci ildən terrorçu «Hərəkət ən-Nizal» qaragüruhuna başçılıq etməyə başladı. Bu qruplaşmanın «Həbib Əsyud»un başçılığı altında törətdiyi qanlı terror hərəkətləri nəticəsində 450 nəfərdən çox İran vətəndaşı şəhid olub və ya yaralanıbdır.

2018-ci il sentyabrın 22-də İranın cənub-qərbində yerləşən Əhvaz şəhərində hərbi və nizam-intizam qüvvələrinin paradına qarşı terror hücumu və məzlum və günahsız Xuzistan sakinlərinin qəddar şəkildə qırğın olunmaları, terrorçu «Hərəkət ən-Nizal» qaragüruhu tərəfindən həyata keçirildi və bu terror qruplaşmasının üzvləri onun məsuliyyətini rəsmən üzərlərinə götürdülər.

Həbib Fərəcullah Çəəb 2020-ci ilin noyabrında İranın təhlükəsizlik qüvvələri tərəfindən Türkiyədə yaxalandı və müttəhimin, onun vəkillərinin, şikayətçilərin və terror şəhidlərinin ailələrinin iştirakı ilə çox sayda iclas keçirildi.

 

Teqlər