May 08, 2023 15:14 Asia/Baku
  • Hindistan: Sanksiyalara baxmayaraq, Çabahar limanının inkişafında davamlı irəliləyiş əldə etmişik

Hindistanın xarici işlər naziri bu gün bazar günü verdiyi müsahibədə ölkəsinin ABŞ sanksiyaları səbəbindən Çabahar limanının inkişafı ilə bağlı çətinliklərinə toxunaraq, bildirib ki, bu sanksiyalara baxmayaraq, Yeni Dehli Hindistan üçün çox vacib olan bu limanın inkişafında davamlı irəliləyiş əldə edib.

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar bu müsahibədə İranın Çabahar limanının Yeni Dehli üçün əhəmiyyətini vurğulayıb.

Hindistanın xarici işlər naziri Çabahar limanının Hindistan üçün nə üçün əhəmiyyətli olması və bu baxımdan Yeni Dehlinin strategiyasının nədən ibarət olması ilə bağlı suala cavab olaraq, deyib: "Biz Mərkəzi Asiyaya və onun hüdudlarından kənara çıxmaq üçün bir yol axtarırıq, buna görə də İranın Çabahar limanı bizim üçün çox önəmlidir".

O, Hindistanın sanksiyalara rəğmən İranla əməkdaşlıqda üzləşdiyi çətinliklərə toxunaraq, deyib: "Bizim bu sahədə problemlərimiz var, çünki İran sanksiyalar altındadır və bir çox şirkət maliyyə sahəsində əməkdaşlıqda problemlərlə üzləşir, lakin biz bu sahədə davamlı irəliləyiş əldə etmişik".

Hindistanın xarici işlər naziri söhbətlərinin davamında deyib: "Hindistan Çabahar limanı vasitəsilə təkcə Orta Asiya regionlarına çatmayacaq, həm də onun İranın şimalı vasitəsilə Rusiyaya çatması ehtimalı var və bu gün nəqliyyat marşrutlarının yaradılması vasitələri diplomatiya və iqtisadi əlaqələr üçün böyük əhəmiyyət kəsb edir.

Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi Hindistanın, dəniz yüklərinin Rusiya və Avropaya çatması və Mərkəzi Asiya bazarlarına daxil olması üçün tələb olunan vaxtı azaltmaq məqsədi daşıyan təşəbbüsüdür.

Hindistanın köməyi ilə inkişaf etdirilən Çabahar limanı regionun, xüsusən də Mərkəzi Asiyanın ticarət tranzit mərkəzidir. Yeni Dehli İran hökuməti ilə əməkdaşlıq çərçivəsində Çabahar limanında Şəhid Beheşti terminalının birinci mərhələsinin işlənib hazırlanmasında iştirak edir.

Teqlər