May 08, 2023 20:09 Asia/Baku
  • Qurani-Kərimi yandıran və din və İslam müqəddəsliklərini təhqir edən iki şəxs edam edilib

Din və İslam müqəddəsliklərinə hörmətsizlik edənlər layiqli cəzalarını aldılar. İran məhkəməsi Qurani-Kərimi yandıran iki nəfərə qarşı edam hökmünün icra edildiyini bildirib. Müttəhimlər iyrənc əməllərinin səhnələrini virtual məkanda yayırdılar.

Bu gün İslama düşmən münasibət bəsləyən, İslam müqəddəslərinə və İran xalqının mədəni və dini dəyərlərinə hörmətsizlik edən iki cinayətkar "Yusif Mehrdad" və "Sədrullah Fazili Zare" edam edilib. Onlar kiberməkanda geniş fəaliyyətləri vasitəsi ilə İslam dinini və Peyğəmbəri-Əkrəmin (s) şəxsiyyətini və pak imamları (əleyhimus-salam) təhqir edib, bu təhqirləri açıq şəkildə dərc edirdilər.

Fazili Zare Peyğəmbəri (s) təhqir etmək, dindən çıxmaq, Peyğəmbərin (s) anasına böhtan atmaq, Quranı yandırmaq və müqəddəslikləri təhqir etmək və başqalarının razılığı olmadan onların şəxsi şəkillərini dərc etməkdə ittiham edilib və dardan asılıb. Yusif Mehrdad isə Peyğəmbəri (s) təhqir etməkdə, dini və İslami müqəddəslikləri təhqir etməkdə ittiham olunub və ölüm cəzasına məhkum edilib.

 

Teqlər