May 09, 2023 12:10 Asia/Baku
  • Beynəlxalq ictimaiyyətin sükutu sionist rejimin həyasızlığının mühüm amilidir

İran Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejim qırıcılarının Fələstin İslami Cihad Hərəkatının komandirlərindən üç nəfərin şəhid olması, həmçinin onlarla nəfərin şəhid edilməsi və yaralanması ilə nəticələnən Qəzzə zolağının müxtəlif məhəllələrinə qarşı terror hücumlarını kəskin tərzdə pisləyib.

SəhərAzəri-nin məlumatına görə, Fələstin müqavimət qrupları və şəhid ailələrinə başsağlığı verən Nasir Kənani-Çafi sionist rejimin «Yəum əl-Nəkbə» ərəfəsində Qəzzə zolağına etdiyi hücumu, təcavüzkar rejimin fələstinli gənclərin qərb sahilində və Qüdsdə sionistlərin təcavüzkar hərəkətlərinə qarşı qəhrəmancasına müqaviməti qarşısında zəifliyi və acizliyinin nişanəsi və ümumi fikri rejimin böhranlı və son dərəcə kövrək durumundan yayındırmaq məqsədli hərəkət adlandırıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Məsul beynəlxalq təşkilatların və Qərb ölkələrinin sionistlərin son aylar Fələstin xalqına qarşı bəşəriyyətə zidd hərəkətlərinin şiddətlənməsi qarşısındakı sükut və hərəkətsizlikləri, sionist aparteid rejiminin öz cinayətlərini davam etdirmək istiqamətindəki həyasızlığında ən mühüm amildir. Bunlar yalançı insan hüquqları iddiaçılarının fəaliyyətində utancgətirici və qara bir keçmiş kimi tarixdə qeydə alınacaq.

 

Teqlər