İranın ağırlıqqaldırma komandası Asiya çempionu olub
May 14, 2023 11:18 Asia/Baku
İranın ağırlıqqaldırma komandası Cənubi Koreyanın Çincu şəhərində keçirilən Asiya çempionatının qalibi olub.
SəhərAzəri-nin məlumatına görə, İranın ağırlıqqaldırma komandası kişilər bölməsində 635 xalla birinci olub. Özbəkistan yığması isə 631 xalla ikinci pillədə durub. Hüseyn Sultani iki qızıl və bir gümüş, Ayət Şərifi və Əlirza Yusifi hər biri bir gümüş, Mustafa Cavadi və Fatimə Keşavərz hər biri iki bürünc və Mehdi Kərəmi də bir bürünc medal qazanıblar.
İran yığması kişilər bölməsində on, qadınlar bölməsində isə beş ağır atletlə təmsil olunmuşdu.
Teqlər