Virtual mühitin genişlənməsinə rəğmən, kitab öz yüksək yerində durmaqda davam edir
İslam İnqilabının Böyük Rəhbəri Tehran beynəxalq kitab sərgisini nəzərdən keçirdikdən sonra vurğulayıblar ki, virtual mühitin genişlənməsinə rəğmən, kitab öz yüksək yerində durmaqda davam edir.
SəhərAzəri-nin məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Tehran beynəxalq kitab sərgisini nəzərdən keçirdikdən sonra deyiblər ki, ölkədə mədəni mühitin yaradılması kitaba ehtiyac duyur və virtual mühitin yayılmasına baxmayaraq, kitab öz yüksək yerində durmaqda davam edir.
Həzrət Ayətullahuluzma Xamenei üç ildən və korona məhdudiyyətləri bitdikdən sonra bu gün İmam Xomeyni(r.ə.) adınada müsəllada olub və Tehran beynəxalq kitab sərgisini nəzərdən keçiriblər.
İnqilab Rəhbəri bu baxışın sonunda IRIB müxbiri ilə müsahibədə söyləyiblər: Hər il keçirilən kitab sərgisi böyük bir xalq toplantısıdır. Onun basilica cəhəti, mədəniyyətdir və bu məsələ, son dərəcə şövqyaradan və razısalan bir mövzudur.
Kitab nəşri işi bəzi qeyri-münasib sahələrin əksinə olaraq, inkişaf etməkdədir- deyə, o həzrət əlavə ediblər.
Həzrət Ayətullahuluzma Xamenei qeyd ediblər ki, bu qədər iqtisadi və ona bənzər problemlərin olmasına rəğmən, kitab adları və ünvanları yüksəlibdir.
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki: Bütün incəsənət, media və mədəniyyət sahələri, o sıradan teatr, kino və hətta rəssamlıq, həmçlnin radio və televiziya işlərinin kitaba ehtiyacları var. Kitabla məşğul olan bir kəs yaxşı bir incəsənət və media işinə malik ola bilər.
O həzrət habelə söyləyiblər: Uşaq və yeniyetmə kitabları məsələsi barədə də təkid edirəm. Xoşbəxtlikdən gördüm ki, bir neçə pavilyonda və bu məsələd işlər görülüb. Yenə də təkid edirəm ki, uşaqlar və yeniyetmələr üçün əllərindən gələn qədər kitab işləyib hazırlasın və bizi əcnəbi kitablara ehtiyacsız etsinlər ki, yeniyetmələrimizin ixtiyarına öz hədəflərimiz, istiqamətlərimiz və mədəniyyətimizə malik kitablar qoymuş olaq.
İnqilab Rəhbəri deyiblər: Xüsusən çap olunan müqəddəs müdafiə və hərəm müdafiəsi ilə bağlı xatirələr kitabı olduqca dəyərlidir. Bu, kitab istehsalı və kitabyaratmanın yeni bir növüdür ki, əlhəmdülillah, yaxşı işə düşübdürr. Xanım yazarlar da bu sahədə çox fəaldırlar. Çox yaxşı yazıları var və onlardan da çox kitab oxuyuram.