May 15, 2023 17:23 Asia/Baku

İran Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyədəki seçkilərlə bağlı deyib: Bazar günü Türkiyə xalqının prezident və parlament seçkilərində yüksək səviyyədə iştirak etməsi bu qonşu müsəlman ölkəsində demokratiyanın qələbə çalmasının göstəricisidir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bazar ertəsi günü keçirdiyi həftəlik brifinqdə deyib: "Türkiyə xalqının prezident və parlament seçkilərində yüksək səviyyədə iştirakı və onların uğurlu keçirilməsi bu qonşu müsəlman ölkəsində demokratiyanın qələbəsinin göstəricisidir".

"Türkiyə xalqını, seçki təşkilatçılarını, liderlərini və siyasi partiyalarını bu qələbə münasibətilə təbrik edir, onlara ən xoş taleyi arzulayırıq", - deyə o əlavə edib.

Türkiyədə prezident və parlament seçkiləri üçün seçki məntəqələri bazar günü yerli vaxtla saat 8.00-da açılıb.

Nə hazırkı prezident Tayyip Erdoğan, nə də onun müxalif rəqibi Kamal Kılıçdaroğlu ilk turda səs çoxluğunu və açıq qələbəni təmin edə bilmədiyi üçün Türkiyə ikinci tur səsverməyə keçib.

Prezident seçkilərinin ikinci turu mayın 28-nə təyin edilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində səslərin 49,24%-ni, onun əsas rəqibi Kamal Kılıçdaroğlu isə 45%-ni toplayıb, Türkiyədə verilən bülletenlərin 100%-i işlənib.

Teqlər