Nasir Kənani: "Azərbaycan vətəndaşlarının İranla əlaqəsi ittihamı qəbuledilməzdir"
Nasir Kənani: "Azərbaycan vətəndaşlarının İranla əlaqəsi ittihamı qəbuledilməzdir"
SəhərAzəri-nin məlumatına görə, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Azərbaycan Respublikası Təhlükəsizlik Xidməti və Prokurorluğunun İrana qarşı son vaxtlarda ardıcıl olaraq səsləndirdikləri ittihamları rədd edərək deyib ki, “Təəssüflər olsun ki, Azərbaycan Respublikası hakimiyyəti saxta ittihamlar və İran qurumları ilə əlaqə iddiaları əsasında vətəndaşlarını həbs edib, onları uzun müddət nəzarətdə saxlayır”Mətbuat katibi həbs olunanların İran İslam Respublikası ilə hər hansı rəsmi və ya qeyri-rəsmi əlaqəsi ittihamını rədd edərək, xatırladıb ki, "İki ölkə vətəndaşlarının köklü münasibətləri onların bir- birilə könüldən bağlılığı və eləcə də iki xalqın emosional, tarixi, dini, hətta qohumluq əlaqələri var və Azərbaycan hökuməti heç bir halda öz vətəndaşlarının belə bir dərin, tarixi bağlılıqlarını onların təhlükəsizliyi adıyla qonşularına aid etməməlidir"
Kənani həmçinin nəzərə çatdırıb ki, " Qanuna zidd və onu pozmağa cəhd edən vətəndaşlara qarşı addım hər bir dövlətin təbii haqqıdır, lakin İranla əlaqələrin olması iddiası ilə bir çox vətəndaşın saxlanılması və həbs edilməsi nə yaraşan bir iş, nə də qəbul ediləsi bir addımdır"