May 21, 2023 14:54 Asia/Baku
  • İnqilabın Müəzzəm Rəhbəri: Kənar güclər İranla qonşuları arasında problem yaratmaqda fəallıq göstərirlər

İslam İnqilabının Müəzzəm Rəhbəri İranın bir çox ölkələrlə eləcə də, mühüm və əhəmiyyətə malik ölkə sərhədlərinə toxunaraq buyurub ki, "kənar əllər İran və qonşuları arasında problemlər yaratmaqda fəaldır və heç bir halda bu siyasətin həyata keçirilməsinə yol verilməməlidir"

Ali Rəhbərin Məlumat Bürosunun məlumatına görə, Hz.Ayətullahul Uzma Xamenei bu gün (şənbə) İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmiləri və səfirləri ilə görüşündə ölkədən uzaqda yerləşən, eləcə də yaxın və qonşu İslam ölkələri ilə əlaqələrin siyasi xəttinin əhəmiyyətinə toxunaraq bildirib ki, "bu gün dünyanın bir neçə böyük və mühüm dövlətlərinin bəzi hadisələrdə o cümlədən beynəlxalq siyasətin əsas istiqamətlərində İran İslam Respublikası ilə əməkdaşlığı və həmrəyliyi görünməmiş bir hadisədir və biz bu fürsəti layiqincə dəyərləndirməli, həmin ölkələrlə əlaqələri daha da gücləndirməliyik"

İnqilabın Müəzzəm Rəhbəri bu səfirlərlə görüşündə hazırkı dünya düzənindəki yeni tarazlığın yaranmasına və bu mövzunun dünya ədəbiyyatında tez-tez təkrarlandığını bildirərək buyurub ki, dünya düzənindəki tarazlıq güclərinin formalaşması uzunmüddətli və gözlənilməz hadisələrlə dolu olduqca təlatümlü bir prosesdir və belə bir hadisələrin təsirinə məruz qalan ölkələrin buna dair fərqli fikirləri və ziddiyyətli yanaşmaları var.

Həzrət Ayətullah Uzma Xamenei uğurlu xarici siyasətin əsas meyar və göstəricilərini də nəzərdən keçirərək vurğulayıb ki, xarici siyasətdə iqtidar "yalvarış " diplomatiyasının rədd edilməsi, "Hikmət" dedikdə beynəlxalq əlaqələrdə tədbirli addım və "məsləhət" dedikdə isə, yəni çətin maneələrin dəf edərək öz yoluna davam etdirmək üçün çevik və məqsədəuyğun olaraq irəliləməsi mənasını verir və bu İran diplomatiyasında üç əsas açar söz olaraq dəyərlədirdi.

İnqilabın ali lideri siyasət aləmində rəqib tərəfə etimadsızlığı “hikmətli” davranışın digər bir tərəfi kimi qiymətləndirərək buyurdu ki, "əlbəttə ki, siyasət aləmində hər bir söz yalan sayılmamalıdır; Çünki onların arasında dürüst və qəbul ediləsi  sözlər var, amma bütün sözlərə etibar etmək də lazım deyil"

Həzrət Ayətullah Xamenei uğurlu və fəxrə layiq xarici siyasət haqda danışarkən, “Ölkənin müxtəlif məsələlərə yanaşmalarının məntiqini qqarşılıqlı etimad və inamlı şəkildə açıqlamaq bacarığı”, “Dünyada baş verən müxtəlif siyasi-iqtisadi gerçəklikləri, hadisə və cərəyanlarında təsirli və istiqamətləndirici iştirak", "İrana qarşı hədələyici və qəbul edilmiş siyasi qərarların tənzimlənməsi və azaldılması", "Təhlükə yaradacaq mərkəzlərin gücdən salınması və zəiflədilməsi", "İranla müttəfiq olan dövlətlərin və dairələrin gücləndirilməsi və ölkənin strateji xəttinin daha da inkişafı" və "mərhələli şəkildə fəlaiyyət edən gizli regonal və qlobal səviyyəli qəbul edilmiş qərarlar və tədbirlərin müəyyənləşdirilməsi" kimi 6 prinsip haqda əsaslı nöqtələrə toxunub.