ABŞ-ın beyin mərkəzi İranın qüdrətli dövlət olduğunu etiraf edib
Tehranı dayandırmaq siyasəti iflasa uğradı!
Kaliforniya ştatının Stenford Universitetində yerləşən “Huver” tədqiqat müəssisəsi öz təhlilində İran İslam Respublikasını dayandırmaq siyasətinin iflasa uğradığını bildirib.
SəhərAzəri-nin məlumatına görə, beyin mərkəzi yazıb:
“İranın dinə əsaslanan hökuməti Amerikanın sarsılmaz düşmənidir. Bir neçə onilliklər ərzində ABŞ-ın əsas siyasəti Fars körfəzi regionunda dominant gücə çevrilmək istiqamətində siyasi təzyiq, fitnə və proksi qüvvələrdən istifadə etməklə İranın qabiliyyətini cilovlamaqdan ibarət olmuşdur”.
Qeyd olunub ki, 2018-ci ildən bəri sanksiyalar İranın nüvə silahı proqramını dayandırmaq üçün neft ixrac etməsinə mane olmağa cəhd etdi, lakin bu cilovlama siyasəti çökməkdədir.
Beyin mərkəzi bildirib ki, 2020-ci ildə sanksiyalara baxmayaraq, İran neftini daşıyan xarici gəmilərin sayı 70 gəmi idisə, bu gün 322 gəmi bunu həyata keçirir.
Hesabatda vurğulanır ki, 4 il əvvəl bu naməlum gəmilərin ixrac etdiyi İran neftinin miqdarı gündə 500 min barel idisə, 2023-cü ildə bu rəqəm iki dəfə, yəni sutkada 1 milyon barrel artıb.
Beyin mərkəzi hesabatının sonunda yazıb: “Son yeddi onillik ərzində hərbi dəniz qüvvələrimiz beynəlxalq sularda ticarətin və təhlükəsiz keçidin təminatçısı olmuşdur. Amma hal-hazırda donanmamız İranın açıq addımlarına qarşı heç bir iş edə bilmir. İran Fars körfəzinə nəzarəti ələ keçirib.”