İranlı sərhədçilərin şəhadəti amilləri ilə qətiyyətlə rəftar ediləcək
https://azeri.sahartv.ir/news/İran-i400171-İranlı_sərhədçilərin_şəhadəti_amilləri_ilə_qətiyyətlə_rəftar_ediləcək
İran daxili işlər naziri deyib ki, iranlı sərhədçilərin şəhadəti cinayətkarcasına bir hərəkətdir və bu cinayətin amilləri və hamilərinə qətiyyətli cavab veriləcəkdir.
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 24, 2023 14:00 Asia/Baku
  • İranlı sərhədçilərin şəhadəti amilləri ilə qətiyyətlə rəftar ediləcək

İran daxili işlər naziri deyib ki, iranlı sərhədçilərin şəhadəti cinayətkarcasına bir hərəkətdir və bu cinayətin amilləri və hamilərinə qətiyyətli cavab veriləcəkdir.

SəhərAzəri-nin məlumatına əsasən, Mayın iyirmisi axşamçağı Pakistan ərazisindən istifadə edib, İran İslam Respublikasının sərhəd zonasını pozan quldur dəstələri namərdcəsinə və bir terror hərəkətində Səravan sərhəd alayının «Məze Sər» sərhəd qülləsinə basqın edib və şücaətli sərhəd qüvvələrinin fədakarcasına müqaviməti ilə üzləşiblər. Terrorçular sonradan Pakistan ərazisinin içərilərinə qaçıblar.

Bu qarşıdurmada İranın qeyrətli sərhədçilərindən beş nəfər şəhid olub, iki nəfər isə yaralanıbdır.

İran daxili işlər naziri Əhməd Vəhidi bu gün nazirlər kabineti iclasının kənarında İran-Press informasiya agentiyinə verdiyi müsahibədə əlavə edibdir ki, quldur dəstələrinin iranlı sərhədçiləri şəhid etmək üzrə cinayətkarcasına hərəkətləri mütləq İran İslam Respublikasının qətiyyətli hərəkəti ilə cavablandırılacaq