General Musəvi İİR TeleRadio Təşkilatına təşəkkür edib
https://azeri.sahartv.ir/news/İran-i400172-general_musəvi_İİr_teleradio_təşkilatına_təşəkkür_edib
İran İslam Respublikası Ordusunun baş komandanı ordunun dəniz qoşunlarının səksən altıncı eskadrasının missiyasının İranın TeleRadio Təşkilatında geniş şəkildə işıqlandırılmasına görə təşəkkür edib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 24, 2023 16:19 Asia/Baku
  • General Musəvi İİR TeleRadio Təşkilatına təşəkkür edib

İran İslam Respublikası Ordusunun baş komandanı ordunun dəniz qoşunlarının səksən altıncı eskadrasının missiyasının İranın TeleRadio Təşkilatında geniş şəkildə işıqlandırılmasına görə təşəkkür edib.

SəhərAzəri-nin məlumatına əsasən, General-mayor Seyid Əbdürrəhim Musəvi İran İslam Respublikası TeleRadio Təşkilatının sədri Peyman Cebelliyə ünvanladığı mesajda yazıb: Şübhəsiz, başıuca İslami İranın və quruluşun dostlarının sevinci, xalqın ruh yüksəkliyi və ümumi fikrin məlumatlandırılmasına gətirib çıxaran, düşmənləri isə hiddətləndirən/ ordunun dəniz qüvvələrinin böyük hərəkəti və strateji addımının işıqlandırılmasının bu səviyyəsinə nail olmaq,/ yalnız və yalnız, bu mühüm tapşırığın medialaşdırılması yolunda böyük rola malik olan milli medianın mütləq himayə, müşayiət və tədbirləri ilə müyəssər olardı.

İran İslam Respublikası Ordusunun dəniz qoşunlarının səksən altıncı eskadrası yer kürəsinin ətrafına altmış beş min kilometrdən çox məsafə qət etdikdən, həmçinin Hind, Sakit və Atlantik okeanlarından keçdikdən sonra mayın iyirmisində ölkənin sahil sularına daxil oldu və ordunun aviasiya qoşunlarının qırıcıları, eləcə də xeyli sayda İran gəmi və qayıqları tərəfindən qarşılandı.