Oman sultanı Tehranda səfərdədir
Omanın sultanı Heysəm bin Tariq Ali Səid İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisinin rəsmi dəvəti ilə bu gün bazar günü Tehrana səfər edib. Bu səfər iki ölkə arasında dostluq münasibətlərinin və regional sinerjinin möhkəmləndirilməsi istiqamətində atılan addım hesab olunur.
SəhərAzəri-nin məlumatına görə, Oman Sultanının Tehran səfəri iki gün davam edəcək. Bu barədə Oman Sultan Sarayı məlumat yayıb.
Oman Sultanını bu iki günlük səfərdə bir sıra nazirlər və yüksək vəzifəli şəxslər müşayiət edir.
Oman Sultan Sarayının məlumatına görə, Sultan Heysəm bin Tariq Ali Səidin İrana gözlənilən səfəri Sultanlıq və İslam Respublikası arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, onlar arasında səmərəli münasibətlərin və mehriban qonşuluğun möhkəmləndirilməsi kontekstində və İslam Respublikası prezidentinin dəvətinə cavab olaraq, baş verir.
Həmçinin bu açıqlamaya əsasən, Oman Sultanının Tehrana səfəri regional və beynəlxalq arenada müxtəlif hadisələri müzakirə etmək, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcud aspektlərini yaxşılaşdıracaq hər şeyi inkişaf etdirmək üçün iki lider arasında davamlı məsləhətləşmələr və koordinasiya çərçivəsində baş verir.
İran prezidenti Seyid İbrahim Rəisi Səadabad sarayında Oman sultanı Heysəm bin Tariq Ali Səidi rəsmi qəbul edəcək.
Bu səfər müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün bir fürsət və iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və gələcək əməkdaşlığın daha da qurulması istiqamətində məntiqi addımdır. Gələcəkdə Maskat və Tehran arasında daha çox koordinasiya və birgə əməkdaşlıq gözlənilir.