May 29, 2023 18:06 Asia/Baku
  • Aliməqamlı Rəhbər: İran və Oman arasında əlaqələrin genişləndirilməsi hər iki ölkənin xeyrinədir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Oman Sultanı ilə görüşündə İran və Oman arasında əlaqələrin genişləndirilməsini hər iki ölkənin xeyrinə hesab edib.

SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahül-üzma Xamenei bu gün Oman sultanı Heysəm Bin Tariq Ali Səid və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə arasındakı əlaqələri çoxillik, köklü və yaxşı əlaqələr kimi səciyyələndirərək, deyib: "İnanırıq ki, iki ölkə arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsi hər iki tərəfin xeyrinə olacaq".

Zati-aliləri İran və Oman tərəfləri arasında aparılan danışıqlara toxunaraq, qeyd ediblər: "Əhəmiyyətli olan odur ki, bu danışıqlar real nəticələr əldə olunana qədər ciddi şəkildə izlənilsin və sonda əlaqələr genişləndirililsin".

İslam İnqilabının Ali Məqamlı Rəhbəri, həmçinin sionist rejimin bölgədə mövcudluğunun təhlükəsinə toxunaraq, əlavə ediblər: "Sionist rejim və onun himayədarlarının siyasəti regionda ixtilaf yaratmaq və sülhün olmamasıdır, ona görə də bütün region ölkələri bu məsələyə diqqət yetirməlidirlər".

O, Həzrət Oman və İran arasında əməkdaşlığın artırılmasını vacib hesab edib, çünki iki ölkə çox mühüm su yolunu, yəni Hörmüz boğazını bölüşür.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Oman Sultanının Misirin İran İslam Respublikası ilə əlaqələri bərpa etmək istəyi ilə bağlı açıqlamalarına işarə edərək, vurğulayıblar: "Biz bu mövqeyi alqışlayırıq və bu baxımdan heç bir problemimiz yoxdur".

Həzrət Ayətullahül-üzma Xamenei Oman sultanının İran və Səudiyyə Ərəbistanı arasında əlaqələrin bərpasından məmnunluq ifadə etməsi ilə bağlı buyurub: "Bu məsələlər cənab İbrahim Rəisi hökumətinin region ölkələri və qonşu dövlətlərlə əlaqələrin genişləndirilməsi və gücləndirilməsi istiqamətində apardığı yaxşı siyasətin nəticəsidir".

Ali Məqamlı Rəhbər sonda hökumətlər arasında əlaqələrin genişlənməsi ilə İslam ümmətinin yenidən öz şövkətini və əzəmətini qazanacağına və İslam ölkələrinin imkan və potensiallarının bütün İslam xalqları, ölkələri və dövlətlərinin xetrinə bir araya gələcəyinə ümid etdiyini bildirib.

İran prezidenti Seyid İbrahim Rəisinin də iştirak etdiyi bu görüşdə, Oman Sultanı İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə görüşdən böyük məmnunluq duyduğunu ifadə edərək, Omanın siyasətinin qonşuları, xüsusilə də İran İslam Respublikası ilə əlaqələrini genişləndirmək olduğunu bildirib və deyib: "Tehrandakı danışıqlarda müxtəlif əməkdaşlıq sahələri müzakirə edilib, fikir mübadiləsi aparıldı və ümid edirik ki, bu danışıqların davam etdirilməsi ilə iki ölkə arasında əlaqələr getdikcə genişlənəcək və onların əməli nəticələri hər iki tərəf üçün hiss olunacaq".