Sepah generalı pərdə arxasındakı qüvvələrin fitnəsi barədə xəbərdarlıq etdi
General Hacızadə: Azərbaycan özü bizim üçün təhlükə deyil
İyun 01, 2023 11:54 Asia/Baku
İran İslam İnqilabı Keşikçiləri Korpusu - Sepahın Aerokosmik Qüvvələrinin komandanı Azərbaycanın İrana təhlükə olmadığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, General-mayor Əmirəli Hacızadə Tehranda Elm və Sənaye Universitetinin tələbələri qarşısında etdiyi çıxışında deyib: “Azərbaycanda pərdə arxasındakı əlləri müəyyən etmək lazımdır. Azərbaycan özü bizim üçün təhlükə deyil və Azərbaycan xalqı müsəlman və şiədir”.
Onun sözlərinə görə, Azərbaycandakı hadisələrin pərdəsi arxasında sionist rejimin və Amerikanın hiylələri dayanır. Əslində İran və Azərbaycan bir-biri ilə düşmən deyil və bu sahədə də narahatlıq yoxdur, lakin hadisələrin arxasında düşmənlərin sui-istifadələri ilə bağlı diqqətli olmaq lazımdır.
Teqlər