İran ilə Özbəkistan arasında iqtisadi əməkdaşlıq sənədləri imzalanıb
İran-Özbəkistan birgə iqtisadi komissiyasının on beşinci iclası mayın otuz birində Daşkənd şəhərində keçirilib.
SəhərAzəri-nin məlumatına əsasən, İran-Özbəkistan birgə iqtisadi komissiyasının on beşinci iclasına İran İslam Respublikasının sənaye, mədən və ticarət nazirliyinin başçısı Seyid Mehdi Niyazi və Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Ləzz Qüdrətov həmsədrlik ediblər.
İran sənaye, mədən və ticarət nazirliyinin başçısı iclasın sonunda deyib: Bu birgə komissiyada iki tərəf ticarət, sənaye, mədən, iqtisadiyyat, kənd təsərrüfatı, elm, texnologiya, turizm, mədəniyyət, idman, nəqliyyat, neft və energetika əməkdaşlıqları barədə müzakirə aparıb.
O, əlavə edib: İclasın gedişində, birgə komissiyanın iclasının yekun sənədindən əlavə, idman sahəsində icra proqramı, həmçinin ticarət mübadiləsi həcminin 1404-cü günəş ilinədək bir milyard dollarədək artırılması üzrə yol xəritəsi barədə iki sənəd imzalanıb.
İran sənaye, mədən və ticarət nazirliyinin başçısı əlavə edib: Nəqliyyat, slğorta və güzəştli ticarət sahələrində və sair mövzularda bəzi mühüm sənədlərin qətiləşdirilməsi barədə də danışıqlar apardıq və onların sənədlərinin Özbəkistan prezidentinin İrana olacaq qarşıdakı səfərində imzalanması qərara alındı.
Niyazi bu iclasın kənarında Özbəkistanın investisiya, sənaye və ticarət naziri, həmçinin bu ölkənin kənd təsərrüfatı, elm, tədqiqat və innovasiya nazirliyinin baş rəsmiləri də daxil olmaqla Özbəkistan rəsmilərilə görüş və danışıqlar aparıb.