İyun 02, 2023 12:50 Asia/Baku
  • İran BMT BA-nın sədr müavini seçilib

BMT Baş Assambleyası yekdil səslə İran İslam Respublikasının Nyu-Yorkdakı daimi nümayəndəsini bu assambleyanın yetmiş səkkizinci iclasının sədr müavini seçib.

SəhərAzəri-nin məlumatına əsasən, İran Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası sədrinin müavini və BMT tərksilah Komitəsinin məruzəçisi seçilib. Bu qərarla, İran İslam Respublikası sentyabr ayında ölkələrin yüksək vəzifəli rəsmilərinin iştirakı ilə işə başlayacaq assambleyanın növbəti iclasında Asiya-Okeaniya qrupundan baş assambleyanın beş sədr müavinindən biri seçilib.

Baş Assambleyanın sədri Nəvvab İntixabi assambleyanın gələcək iclaslarını idarə etməkdən əlavə, Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə yanaşı, baş assambleyanın iclaslarının prioritetləşdirmə və iş gündəminin təyin edilməsi məsuliyyətini daşıyacaq baş komitənin üzvlərini təşkil edirlər.

Baş Assambleya həmçinin yekdilliklə İran İslam Respublikasından olan namizədi assambleyanın tərksilah və yayılmama komitəsinin məruzəçisi və Komitənin idarə heyətinin üzvü təyin edib.

Bu təyinat/ Amerikanın Nyu-Yorkdakı nümayəndə heyətinin son həftələr ərzində İranın sözügedən iki vəzifəyə təyin olunmasının qarşısını almaq üçün diplomatik dairələrdə böyük səylər göstərməsinin fonunda baş verir.

Bundan qabaq Asiya-Okeaniya qrupunun 56 üzvü İranın bu vəzifəyə namizədliyini təsdiq etmişdi.

Qərar qəbul edildikdən sonra ölkəmizin raket və nüvə proqramlarına qarşı boş ittihamları təkrarlayan İsrail rejimi və Amerika nümayəndələri İranın seçilməsinə etiraz ediblər.

İran İslam Respublikasının nümayəndə heyəti cavab olaraq, məsələnin siyasiləşdirilməsinə etiraz edib və bildiribdir ki: Baş Assambleyanın iclaslarında daima məsuliyyətli və fəal iştirakçı olan İran İslam Respublikası inkişaf etməkdə olan ölkələrin səslərinin ifadəsidir.

ABŞ-ın riyakarcasına siyasətini tənqid edən İran nümayəndə heyəti əlavə edib: Bu acı bir satiradır ki, 2231 saylı qətnaməni pozan Amerika hökuməti  birtərəfli və qanunsuz şəkildə nüvə anlaşmasından çıxdığı bir halda, İran İslam Respublikasını həmin anlaşmanı pozmaqda ittiham edir. İsrail rejimi nümayəndəsinin İrana qarşı yayındırıcı ifadələri də ABŞ-ın sionist rejimin Fələstin xalqına və regiona qarşı cinayətlərinin üstünü örtmək üzrə siyasətinin davamıdır.

 

Teqlər