Kənani: Azərbaycan xalqını qorxutmalı olan sivil İran deyil, İsraildir
https://azeri.sahartv.ir/news/İran-i400538-kənani_azərbaycan_xalqını_qorxutmalı_olan_sivil_İran_deyil_İsraildir
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bakının qeyri-səmimi hərəktinə münasibət bildirib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyun 05, 2023 11:20 Asia/Baku
  • Kənani: Azərbaycan xalqını qorxutmalı olan sivil İran deyil, İsraildir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bakının qeyri-səmimi hərəktinə münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Nasir Kənani deyib: “Azərbaycan Xarici İşlər Nazirliyi öz vətəndaşlarının İrana getməsi ilə bağlı xəbərdarlıq edib. Bu, qondarma, işğalçı və uşaq qatili olan sionist rejim prezidentinin Bakıya son səfəri zamanı apardığı siyasətin eynisidir. Azərbaycan xalqını qorxutmalı olan sivil və İslami İran deyil, İsraildir”.

İran XİN-in sözçüsü sonra bildirib: “Bizim siyasətimiz hələ də vizanı ləğv etmək və azərbaycanlı bacı-qardaşlarımıza qollarımızı açmaqdır. Qarşılıqlı hörmət çərçivəsində təbii ki, qonşuluq siyasətinin davam etdirilməsi gündəmimizdə əvvəldə gəlir”.

Qeyd edək ki, Azərbaycan XİN bu ölkə vətəndaşlarını İrana səfər etməməyə çağırıb

Azərbaycan XİN Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə edib.