“Fəttah” hipersonik raketi dünyaya səs saldı
İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin “Fəttah” hipersonik raketinin nümayişi region və dünya mediasında səs saldı
" Middle East" xəbər saytı bu haqda yazıb ki, “İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin ən son strateji nailiyyəti olan və 1400 kilometr mənzilə malik “Fəttah” səsdən sürətli raketi (çərşənbə axşamı) İran İslam Respublikası prezidentinin iştirakı ilə təqdimatı keçirilib." bu xəbər agentliyi həmçinin əlavə edib ki, "Bu raketin döyüş başlığında bərk yanacaqla işləyən mühərrik və bütün istiqamətlərdə manevr edə bilən mobil ucluğa malikdir"
"Reuters" də bu hipersəs raketin texniki xüsusiyyətlərinə istinad edərək yazıb ki, İran ilk yerli istehsalı olan hipersəs ballistik raketini nümayiş etdirib.
"Associated Press" bu hipersəs raketin təfərrüatı haqda yazıb ki, " Bu raket istənilən raketdən müdafiə sistemindən yayına bilir"
Tehrandakı Əl-Cəzirə Qətər müxbiri “Fəttah” hipersəs raketinin nümayişi ilə bağlı xəbərdə iranlı mütəxəssislərin müdafiə sisteminin qurulmasında yüksək peşəkarlığını sərgilıyib.
Rusiyanın “Sputnik” xəbər agentliyi də sionistlərin İranın “Fəttah” hipersəs ballistik raketinin yaradılmasında uğura əla atmasından narahatlığına toxunaraq yazıb ki, “Sionist media bu gün, çərşənbə axşamı "İranın nümayiş etdirdiyi yeni hipersəs raketi İsrail rejiminə bir mesajdır, çünki Təl-Əviv hava hücumundan müdafiə sistemlərini məhv edə bilər" başlıqlı elan yazıb.
Əl-Ərəbi Şəbəkəsi həmçinin bildirib ki, "Fəttah ən qabaqcıl və inkişaf etmiş müdafiə sistemlərindən keçə bilən səsdən sürətli raketdir və düşmənin ən mühüm müdafiə vasitələrindən olan raket müdafiə sistemlərini hədəfə ala bilir"
Sionist rejimin İ24 şəbəkəsi hesabatlarının birində “Fəttah” səsdən sürətli ballistik raketin nümayişini müzakirə edərək bildirib ki, "İranın “Fəttah” raketi 1400 km uçuş məsafəsinə malikdir və onun çox yüksək sürəti, manevr qabiliyyəti və hava hücumundan müdafiə sistemlərindən itməsi onun ən öncül xüsusiyyətlərindən biridir.
xatırladaq ki, “Guardian”, “Al-Arabiya”, “US News”, “Jerusalem Post”, “Times”, “Business Standard” və digər KİV-lər bu İran istehsalı hipersəs raketinin haqda başlıqlar yazıblar.