Nüvə sənayesi ölkənin irəliləyişi baxımından önəmlidir
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, nüvə sənayesi ölkənin irəliləyişi və xalqın həyat şəraitinin yüksəlişi baxımından önəmlidir.
SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahuluzma Xamenei bu gün nüvə sənayesi üzrə məsul şəxslər, ekspertlər və elm adamları ilə görüşdə vurğulayıblar: İstər bizimlə müzakirə tərəfi olan ölkələr, istərsə də agentliyin özü daxil olmaqla müxtəlif sahələrdə çoxları vədlər verdi və o vədlərə əməl etmədilər. Dəfələrlə həyatakeçməz vədlər, etimadsızlıq./ Bəs, deməli, bu iyirmiillik problemin nailiyyətlərindən biri də budur ki, biz onların vədləri və sözlərinin etimadedilməz olduğunu başa düşmüşük.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin qeyd ediblər: Düşmənlər iyirmi ildir, bizim üçün nüvə problemi düzəldiblər, çünki bilirlər ki, nüvə sənayesində hərəkət/ ölkənin elmi irəliləyişləri üçün açar hökmündədir.
O həzrət vurğulayıblar: Nüvə silahı bəhanəsi yalandır. Bunu özləri də bilirlər. Biz öz islami əsaslarımıza görə, silaha tərəf getmək istəmirik.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə saat yarım müddətinə ölkənin nüvə sənayesinin nailiyyətləri sərgisinə baş çəkiblər.