Fələstin İslami Cihad Hərəkatı son qəzzə döyüşü sınağından üzüağ çıxdı
https://azeri.sahartv.ir/news/İran-i400875-fələstin_İslami_cihad_hərəkatı_son_qəzzə_döyüşü_sınağından_üzüağ_çıxdı
İslam İnqilabının Böyük Rəhbəri Fələstin İslami Cihad Hərəkatının baş katibi və onu müşayiət edən heyətin görüşündə vurğulayıblar ki, sionist rejim hazırda zəif mövqedədir.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 15, 2023 13:15 Asia/Baku
  • Fələstin İslami Cihad Hərəkatı son qəzzə döyüşü sınağından üzüağ çıxdı

İslam İnqilabının Böyük Rəhbəri Fələstin İslami Cihad Hərəkatının baş katibi və onu müşayiət edən heyətin görüşündə vurğulayıblar ki, sionist rejim hazırda zəif mövqedədir.

Həzrət Ayətullahuluzma Xamenei dünən Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Əlnəhalə və onu müşayiət edən heyət ilə görüşdə İslami Cihad-ın son Qəzzə döyüşlərindəki qələbəsini təbrik edib və sionist rejimin bugünkü şəraitini yetmiş il bundan qabaqkı vəziyyətlə müqayisədə olduqca fərqli adlandırıblar.

Vurğulayıblar ki, sionist düşmən bu gün zəif və reaksiya mövqeyindədir və bu şərait göstərir ki, müqavimət qrupları və Fələstin İslami Cihad Hərəkatı yolu düzgün tanıyıb və tədbirlə bu yolda irəliləyirlər.

Böyük hədəf və işlərdə həyat riskə atılmayana qədər, hədəflərə çatmaq mümkün olmayacaq- deyə, İnqilab Rəhbəri bildiriblər.

İslam İnqilabının Böyük Rəhbəri söyləyiblər: Bu gün Allah-Taalanın lütfkarlığı ilə fələstinli müqavimət qruplarının və İslami Cihad-ın gücü və etibarı artıbdır və sionist rejimin beşgünlük müharibədəki son məğlubiyyəti həmin məsələyə dəlalət edir.

Həzrət Ayətullahuluzma Xamenei qeyd ediblər ki:  Fələstin İslami Cihad Hərəkatı son Qəzzə döyüşündə yaxşı imtahan verdi və hazırda sionist rejim üçün şərait yetmiş il bundan qabağa nisbətən dəyişib və sionist rejim başçıları bu rejimin səksən illiyini görməyəcəkləri barədə nigaran olmaqda haqlıdırlar.

İslami Cihad və sair fələstinli müqavimət qrupları sionist rejimlə mübarizənin əsas açarını tapıblar- deyən İnqilab Rəhbəri əlavə ediblər: Qərb sahilində müqavimət qruplarının günü-gündən artan gücü sionist düşməni dizə çökdürməyin əsas açarıdır və bu yol davam etdirilməlidir.

Mübariz fələstinli qrupların meydan və siyasi sahələrdəki fəaliyyət birliyini yüksək qiymətləndirən İslam İnqilabının Böyük Rəhbəri onu son dərəcə mühüm dəyərləndirib və İran İslam Respublikasının Fələstin xalqına və fələstinli mübariz qruplara dəstəklərinin davam etməsinə təkid ediblər.

Görüşdə Fələstin İslami Cihad Hərəkatının baş katibi İran İslam Respublikasının Fələstin xalqına və onun mübarizələrinə olan daimi himayələrinə görə təşəkkür edib. O, sionist rejimin beşgünlük Qəzzə savaşındakı məğlubiyyəti, qərb sahilinin şəraiti və müqavimət qruplarının bu bölgədəki üstünlüyü xüsusiyyət təşkil etməklə işğal olunmuş Fələstinin son hadisələri barədə məlumat verib. Bildirib ki, İslami Cihad Qəzzə müharibəsindən başıuca çıxdı və ümid edirik ki, tezliklə Qüdsi-Şərifin azadlığı və yekun qələbənin şahidi olacağıq