Rusiya və İran "qaz OPEC"i yarada bilər
Rusiya və İran enerji sahəsində Qərb hegemonluğu ilə qarşıdurma çərçivəsində öz "qaz OPEC"ini yarada bilər.Bu barədə "Al-Watan Suriya" qəzeti yazıb.
Qərb hegemonluğuna qarşı mübarizə aparan Rusiya qaz bazarında iki ən böyük rəqib arasında layihə üzərində işləyir. Moskva təkcə Türkiyənin qaz habının yaradılmasında deyil, həm də İranın enerji mərkəzinin yaradılmasında da iştirak edəcək. Bu, bütün dünyanı təəccübləndirib, çünki İranın "mavi yanacağ"ı Rusiya qazının birbaşa rəqibidir. Ancaq başqa sözlə, Rusiya və İran digər ölkələrlə birlikdə "qaz OPEC"i yaratmaq niyyətindədirlər.
Nəşrdə qeyd edilib ki, ən böyük enerji gücləri arasında yeni birgə layihə Qərb ölkələrini qorxudur. Əgər bu reallaşarsa, o zaman Rusiya, İran və digər qaz ölkələri birləşəcək və mavi yanacaq bazarında istehsalçılaırn xeyirinə idarəçilik formalaşacaq.
Məqalə müəllifləri əlavə ediblər ki, layihənin potensialı çox böyük siyasi və iqtisadi çəkiyə malik olduğundan Rusiya və İran bir çox Qərb sanksiyalarından uğurla yan keçə bilər. Bundan əlavə, hər iki ölkə dünyanın ən böyük qaz ehtiyatlarına sahibdir ki, bu da yalnız Moskva və Tehranın Qərbin məhdudiyyətlərindən yan keçmək və ABŞ-la Avropa üçün kabusa çevriləcək uğurlu layihə yaratmaq imkanlarını təsdiqləyir.