Vəliyyi-Fəqihin Ərdəbil üzrə nümayəndəsi regiondakı kommunikasiyalardan danışdı
Ayətullah Amili: Ermənistanın cənubunda kommunikasiyanın açılmasına qarşı deyilik
İyun 18, 2023 11:52 Asia/Baku
Vəliyyi-Fəqihin Ərdəbil üzrə nümayəndəsi bəyan edib ki, İran Ermənistan ərazisi vasitəsilə əlaqə marşrutunun yaranmasına qarşı deyil.
Ayətullah Seyid Həsən Amili deyib: İranın Ermənistan ərazisindən Azərbaycanla Naxçıvan arasında əlaqə yolunun bərpası ilə bağlı heç bir problemi yoxdur.
O xatırladıb ki, İran müharibə və işğal illərində Naxçıvanla Azərbaycan Respublikasının əsas hissəsi arasında quru əlaqələrinin bərqərarına təşəbbüs göstərdi və bu yol indi də Azərbaycan maşınları üçün açıqdır.
Cənab Amili əlavə edib: “Ermənistan yol verməkdən imtina edərsə, İran hətta öz ərazisində Azərbaycanı Naxçıvana birləşdirəcək ən yaxşı yolu çəkməyə hazırdır”.