Qonşularla əlaqələrin hərtərəfli və davamlı inkişafı əsas istiqamətdir
İran Xarici işlər naziri Qətərə səfərində qonşularla münasibətlərin hərtərəfli inkişafının davam etdirilməsi dövlətin balanslaşdırılmış xarici siyasət doktrinasında əsas istiqamətlərdən biri olduğunu deyib.
SəhərAzəri-nin məlumatına əsasən, bu gün səhər Qətərin yüksək rütbəli rəsmiləri ilə görüşü məqsədi ilə nümayəndə heyətinin müşayəti altında Dohaya gələn və daha sonra səfərini Omana davam etdirməyi planlaşdıran Hüseyn Əmir Abdullahian bununla bağlı Twitter-də yazıb ki, “qonşularla münasibətlərin hərtərəfli inkişafının davam etdirilməsi dövlətin balanslaşdırılmış xarici siyasət doktrinasında əsas istiqamətlərdən biridir”.
O, həmçinin İranın qonşularının mühüm iqtisadi, ticarət və siyasi imkanlara malik olduğunu bildirərək qeyd edib ki, münasibətləri daha da genişləndirmək və yüksək səviyyəli rəsmilərin öncədən baş tutmuş qarşılıqlı səfərlərinin gedişatını izləmək üçün bu gün Qətər və Omana yola düşdüm".
Məlumata görə, Əmir Abdullahianın Qətərə səfəri ikitərəfli və regional məsləhətləşmələr çərçivəsində həyata keçirilir.
Əmir Abdullahianın Dohadan sonra növbəti səfəri Omana olacaq.