İran XİN sözçüsü:
Albaniya Münafiqlər terror qruplaşmasına ev sahibliyi etməklə etdiyi səhvə düzəliş etsin
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani “Münafiqlər Terror Qruplaşması”nın Albaniyada cinayət və terror aktları təşkil etdiyinə diqqət çəkərək, Albaniya hökumətinin bu terror təşkilatına ev sahibliyi etməklə etdiyi səhvi kampensasiya edəcəyinə ümid etdiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Nasir Kənani özünün Tvitter səhifəsində yazıb: "Məlumata əsasən, Albaniya polisi bu ölkənin Terrorla mübarizə üzrə Ali Məhkəməsinin çıxardığı hökmə əsasən, iyunun 20-də səhər saatlarında təftiş üçün Əşrəf düşərgəsinə daxil olub. Bunun səbəbi isə, bu terrorçu qruplaşmanın Albaniyada törətdikləri cinayət və terror aktları elan edilib".
Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: "Albaniyada aidiyyəti rəsmilər münafiqlərin terror fəaliyyətlərini izləmək və istiqamətləndirmək üçün istifadə etdikləri bir sıra elektron cihazların və dronların ələ keçirildiyini bildiriblər".
Kənani həmçinin vurğulayıb ki, münafiqlər özlərinə xas olan terrorçu təbiətlərinə görə həmişə onlara ev sahibliyi edənlərin təhlükəsizliyinə təhdid yaradırlar və buna görə də İraq hökuməti onları ölkədən qovdu və digər hökumətlər də onları qəbul etməkdən imtina etdilər".