İran sionistlərin Qurani-Kərimə hörmətsizliyini kəskin qınayır
İran Xarici İşlər Nazirliyinin sözçüsü sionist qəsəbə sakinlərinin Qurani-Kərimə hörmətsizliyini kəskin qınayıb.
Nasir Kənani özünün Twitter hesabında yazıb: "Sionistlərin məscidlərə vəhşicəsinə hücumu və Qurani-Kərimi təhqir etməsi, evlərin dağıdılması, hər gün uşaqları, qadınları və Fələstinin müdafiəsiz xalqını qətlə yetirməsi saxta rejimin dini müqəddəslikləri və insan haqlarını pozmaqda heç bir qırmızı xətti tanımadığını göstərir".
O, əlavə edib ki, Qərb hökumətlərinin susması və dəstəyi onları bu vəhşilikdə və fələstinlilərə hücumda daha da cəsarətləndirir.
Qeyd edək ki, sionist qəsəbə sakinləri cümə axşamı Nablusun cənubundakı "Orif" qəsəbəsində məscidlərdən birinə hücum edərək, Qurani-Kərimə hörmətsizlik ediblər.
Sionistlər həmçinin Ramallah və Nablusda fələstinlilərin evlərini, avtomobillərini və kənd təsərrüfatı məhsullarını yandırıblar.