İran və Rusiya arasında əməkdaşlıqlar dərinləşir
https://azeri.sahartv.ir/news/İran-i401117-İran_və_rusiya_arasında_əməkdaşlıqlar_dərinləşir
İran prezidentinin müşaviri bildirib ki, İran və Rusiya uzun müddətdir ki, xüsusi iqtisadi zonalar sahəsində, xüsusən də Ənzəlidə qarşılıqlı əlaqələrə malikdirlər.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyun 27, 2023 13:02 Asia/Baku
  • İran və Rusiya arasında əməkdaşlıqlar dərinləşir

İran prezidentinin müşaviri bildirib ki, İran və Rusiya uzun müddətdir ki, xüsusi iqtisadi zonalar sahəsində, xüsusən də Ənzəlidə qarşılıqlı əlaqələrə malikdirlər.

İran və Rusiya azad iqtisadi zonalar sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər, xüsusən də söhbət İranın Ənzəli, Çabahar limanlarında, eləcə də Rusiyanın - Həştərxan və Moskvadakı Lotos limanlarındakı zonaların istifadəsindən gedir.

Bunu RİA Novosti-yə İran prezidentinin müşaviri, Azad və Xüsusi İqtisadi Zonaların Ali Şurasının katibi Höcətullah Abdolmaleki deyib.

“İran və Rusiya uzun müddətdir ki, xüsusi iqtisadi zonalar sahəsində, xüsusən də Ənzəlidə qarşılıqlı əlaqələrə malikdirlər”, - Abdolmaleki deyib.

O, həmçinin əlavə edib ki, rusiyalı iş adamları Ənzəli və Çabahardakı (İranın cənubunda, Fars körfəzi sahilində yerləşən liman şəhəri) azad iqtisadi zonalarda birgə işləməkdə maraqlıdırlar. Onun sözlərinə görə, onlar Hind okeanından yüklərin tranziti üçün “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi (İTC) çərçivəsində bu limanlardan istifadə etmək niyyətindədirlər.

Bundan əlavə, Abdolmaleki deyib ki, rusiyalı iş adamlarına Ənzəlidə anbarların tikintisi üçün ərazilər verilib.