Təbriz - İrəvan birbaşa hava reysləri açılıldı
https://azeri.sahartv.ir/news/İran-i401128-təbriz_İrəvan_birbaşa_hava_reysləri_açılıldı
İranın Şərqi Azərbaycan əyalətinin hava limanlarının baş direktoru Təbriz-İran aviareysinin açılışı haqda məlumat verib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyun 27, 2023 15:39 Asia/Baku
  • Təbriz - İrəvan birbaşa hava reysləri açılıldı

İranın Şərqi Azərbaycan əyalətinin hava limanlarının baş direktoru Təbriz-İran aviareysinin açılışı haqda məlumat verib.

İranın Şərqi Azərbaycan əyalətinin Hava Limanlarının baş direktoru Ramin Azəri bildirib ki, “Assajt” aviaşirkəti artıq Təbriz-İrəvan  və əks istiqamətə Təbrizin Şəhid Mədəni Beynəlxalq Hava Limanından uçuşlar həyata keçirir.

 Azəri əlavə edib ki, bu reys hər bazar ertəsi və cümə axşamı Təbrizdən İrəvana və İrəvandan Təbrizə həyata keçirilir.

 İranın Şərqi Azərbaycan əyalətinin hava limanlarının baş direktoru bu reysin yaradılması ilə Təbriz hava limanının beynəlxalq uçuşlarının sayının beş istiqamətli marşruta çatdığını və bundan öncə limanın beynəlxalq uçuşlarının dörd İstanbuldakı Atatürk və Sabiha, elcə də, Adana və Nəcəf Əşrəfdəki hava limanları vasitəsi ilə həyata keçirildiyini bildirib.